Şəfəqə Doğru » Manşet » Antiterror əməliyyatları belə aparılacaq: Ağdərə istiqamətində... - Polkovnik açqıladı

Antiterror əməliyyatları belə aparılacaq: Ağdərə istiqamətində... - Polkovnik açqıladı

Antiterror əməliyyatları belə aparılacaq: Ağdərə istiqamətində... - Polkovnik açqıladı

Artıq Qarabağdakı separatçılar və Ermənistan tərəfi də vəziyyətin ciddiliyini başa düşür. Ona görə də, informasiya təlaşı yaşanır və maksimum dərəcədə hay-küy saxlamağa çalışırlar. İddia edirlər ki, guya Azərbaycan yaxın günlərdə Qarabağda antiterror əməliyyatlarına başlayacaq.

Shafaqadogru.com  bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, əslində Azərbaycanın antiterror əməliyyatlarından başqa yolu qalmayıb:

“Çüki ölkəmizin bu məsələni uzadacağı inandırıcı deyil. Separatçıların başçısı Araik Arutunyanın Vladimir Putinə məktubu da məhz bundan qaynaqlanır. Bu, onların açıq narahatlığı ilə bağlıdır. Digər amil separatçı rejim bununla haradan idarə olunduğunu və təlimat aldığını da göstərmiş oldu”.

Polkovnikə görə, Azərbaycanın antiterror əməliyyatlarını necə, nə vaxt keçirəcəyi sözsüz ki, məxfi saxlanılır:

“Separatçıların Azərbaycanla dialoq təklifləri də absurddur. Çünki bu mümkün deyil. Ölkəmiz şərtini onlara bildirib. Silahlarını yerə qoyub, qondarma parlamentin buraxılmasından sonra Azərbaycan onlara qarşı olan davranışını açıqlayacaq”.

Üzeyir Cəfərovun fikrincə, separatçıların sülhməramlıların müşayiəti ilə son hərbi yerdəyişmələri də onların yenidən döyüşə hazırlaşdıqlarını göstərir:

“Ona görə də, Azərbaycanın burada gücdən istifadəsi qaçılmazdır. Ölkəmizin Xüsusi Təyinatlıları və Komando qüvvələri üçün bu elə də böyük çətinlik törətməyəcək. Bu baxımdan şəhər və çətin relyefli ərazidə Azərbaycan Komandosu öz vəzifəsi icra edəcək”.

Ekspert hesab edir ki, atiterror əməliyyatlarının Ağdərə və Xankəndi ətrafından xəritə üzərində müəyyənləşərək başlaması qaçılmazdır:

“Bütün bunlar nəzəri baxımından diqqətdən keçirilib və hazırlıqlar yekunlaşıb. Sözsüz ki, antiterror əməliyyatlarının vaxtını heç kəs bilmir. Separatçılar Azərbaycanın tələblərini icra etməsə antiterror əməliyyatları qısa zamanda icra ediləcək”.