İndoneziyanın hakimiyyət orqanları Cənubi-Çin dənizində İran bayrağı altında üzən tankeri qanunsuz neft daşıması şübhəsi ilə saxlayıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə İndoneziyanın dənizdə təhlükəsizlik agentliyinin rəhbəri Aan Kurniya bildirib.
“İyulun 7-də Cənubi-Çin dənizinin Şimali Natuna rayonunda “S Tinos” gəmisindən “Arman 114” tankerinə neft yüklənməsi faktı aşkarlanıb. “Arman 114” tankeri Malayziya hakimiyyətinin köməyi ilə saxlanılıb”, - deyə Aan Kurniya vurğulayıb.
Onun sözlərinə görə, İran bayrağı altında üzən tankerdə 270 min tona yaxın neft var.