Son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Qazax Müalicə Diaqnostika Mərkəzinin direktoru Kamandar İbrahimovun mərkəzin idarə etməsini buraxıb, təkcə cibini doldurmaqla məşğul olduğu bildirilir. Belə ki, Kamandar həkim böyük bir mərkəzin direktoru olaraq, idarə etməni başlı–başına buraxıb, hər gün mərkəzdə təcürbəli , bilikli cərrahlar olduğu halda vəzifəsindən isdifadə edərək, cərrahi əməliyyata ehtiyacı olan xəstələri ancaq özü əməliyyata götürür. Hətta, gündə bir neçə xəstə olsa belə. Sual meydana çıxır: Əgər o əvəzedilməz bir cərrahdırsa, hər gün bir neçə cərrahi əməliyyat edirsə, bəs onda bu böyüklükdə Diaqnostika mərkəzini kim idarə edir? Yəni mərkəzin digər problemləri yoxdurmu? Var amma olsa da, mərkəzin digər sahələrindən onsuzda xeyrini götürür deyə, adının çəkilməsini isdəməyən mənbə bildirir.
Mənbə onu da bildirir ki, bir neçə gün öncə qurban bayramında TƏBİB-in rəhbərliyi ilə mərkəzi xəstəxananın və diaqnostika mərkəzinin işçilərinə guya ki, 100 manatlıq qurban bayramlığı paylayıblar. Müqabilidə nə qədər pul siliblər özləri bilərlər ,amma işçiləri narahat edən səbəb odur ki, qurbanlıq payı deyilən payın içində bir tikə ət belə olmayıb- pay alanlar buna deyinirlərmiş. Hətta deyinənləri cavabdeh şəxslər dilə tutaraq sakitləşdiriblər. Diaqnostka mərkəzində isə bu işin başında duran kadrlar şöbəsinin müdiri Arifə Mirzəyeva olub - deyə mənbə bildirir. Daha sonra mənbə onuda bildirir ki,Diaqnostika mərkəzinin mətbəxində də , bir çox maxinasiyalar, xəstələrin ərzaqının satılması və mənimsənilməsi kimi , məsələləri isə araşdırmamızın sonunda faktlarla göstərməyə çalışacayıq.
Araşdırmamız davam edir.
Digər neqativ hallar barədə növbəti məqaləmizdə dərc edəcəyik.
(Redaksiya qarşı tərəfin də fikrini dərc etməyə hazırdır)
Neymət Novruzlu