Şəfəqə Doğru » Manşet » "Putin dünyanı böyük müharibəyə sürükləyir..."

"Putin dünyanı böyük müharibəyə sürükləyir..."

"Putin dünyanı böyük müharibəyə sürükləyir..."

"Vaqner qrupu" İranın istədiyi kimi oynatdığı "Hizbullah"ı xatırladır..."

"Lukaşenko Belarusu ilə haqq-hesab çəkmək, Tixanovskayanı Minskə qaytarmaq, bütün siyasi məhbusları azad etmək lazımdır..."
 
Dünyada cinayətkar təşkilat kimi tanınan "Vaqner qrupu" özəl hərbi şirkətinin muzdluları Belarusda Polşa, Litva və ya Latviyaya qarşı böyük təxribat hazırlayır.
 
Shafaqadogru.com xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində teleaparıcı Savik Şuster bəyan edib.
 
"Mənim şəxsi hissiyatım ondan ibarətdir ki, Putin böyük müharibəyə gedir. O, hamını böyük müharibəyə sürükləyir. Səbəbləri? Demək çətindir. Ola bilsin ki, sağlamlığı ilə bağlıdır. "Mən hamınızı goruma aparacağam".
 
Ola bilsin ki, bu, öz məğlubiyyətini izah etməyin yeganə səbəbidir. Əgər sən NATO-nu təhrik edirsənsə, sən uduza bilərsən, lakin, digər tərəfdən, xalqını sıx birləşdirə bilərsən. Mən səbəbləri bilmirəm. Lakin onun bizim hamımızı böyük müharibəyə sürükləməsi mənim üçün aydındır", - Şuster vurğulayıb.
 
O, qeyd edib ki, "Vaqner" NATO ölkələrinə qarşı böyük təxribat hazırlaya bilər.
 
"Vaqner" tarixçəsində heç bir məntiq yoxdur. Düşünürəm ki, bunun sonu yaxşı olmayacaq. Suvalsk dəhlizi adlandırılan qətiyyən dəhliz deyil. Bu, sadəcə, Litva ilə Polşa arasında yoldur. Bu yol Kalininqrad vilayətinə aparır. Bu, Kalininqrad vilayətini Rusiyanın müttəfiqi Belarusla birləşdirir. 
 
"Vaqner" mənə görə İranın istədiyi kimi oynatdığı "Hizbullah"ı xatırladır. Bu terrorçu təşkilat dövlət tərəfindən maliyyələşdirilir, Rusiya ordusu və düşünürəm ki, indi də Belarus ordusu tərəfindən silahlandırılır. Əgər Belarus ordusunda təxminən 11, 4 min hərbi qulluqçu varsa, vaqnerçilər artıq 5-6 mindirsə, tezliklə onların sayı Belarus ordusundan çox olacaq.
 
Düşünürəm ki, onlar ya Polşada, ya Litvada, ya da Latviyada böyük təxribat hazırlayır. Bunu demək çətindir. Amma onların dəqiq nifrət etdikləri Polşadır. Onlar Polşaya həmişə nifrət edib", - Şuster bəyan edib.
 
Onun fikrincə, Belarusun təxribatlarına cavab sərt olmalıdır.
 
"Rusiya tarixən Polşaya nifrət edib. Düşünürəm ki, polyaklar bu iki helikopteri vura bilərdi. Ola bilsin ki, Rusiya da belə zərbə ilə cavab verəcəkdi, mümkündür ki, böyük müharibə başlayacaqdı. Hərbi nöqteyi-nəzərdən bu iki helikopter heç nəyi həll etmir. Bu, təxribatdır. Hesab edirəm ki, belə təxribatlara cavab vermək lazım deyil.
 
Əgər etməli ciddi nəsə varsa, o zaman Belarusa daxil olub bütün bu "Vaqner"i və onun liderini Lukaşenko və generalları ilə birlikdə devirib, Tixanovskayanı Minskə qaytarmaaq, bütün siyasi məhbusları azad etmək və "Yetər, Batka, nöqtə!" demək lazımdır.
 
Bax, bu, NATO-nun sivil təşkilat kimi əsl cavabı olardı. Lukaşenko Belarusu ilə birdəfəlik haqq-hesab çəkmək lazımdır. O zaman bunun mənası olardı. O zaman sən dişlərini və yumruğunu göstərəcəksən", - Şuster deyib.