Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Shafaqadogru.com "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində İŞİD terror təşkilatının hücuma hazırlaşan 3 üzvü zərərsizləşdirilib. Həmçinin xeyli sayda partlayıcı maddə və silah-sursat ələ keçirilib.
Qeyd olunub ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.