Şəfəqə Doğru » Manşet » Soyuducudan 34 cəsəd tapıldı - TÜKÜRPƏDƏN HADİSƏ

Soyuducudan 34 cəsəd tapıldı - TÜKÜRPƏDƏN HADİSƏ

Soyuducudan 34 cəsəd tapıldı - TÜKÜRPƏDƏN HADİSƏ
Meksikanın Verakruz əyalətinin Poza Rika şəhərində ordu və prokurorluq əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilən əməliyyatda Meksika polis qüvvələri 5 evdə axtarış zamanı soyuducularda gizlədilmiş 34 nəfərin cəsədini aşkar edib.

Shafaqadogru.com  lent.az-a istinadən bildirir ki, səlahiyyətlilər cəsədlərin parçalanaraq torbalara qoyulduğunu və hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildiriblər.

Polisə atəş açan silahlı dəstənin tutulması məqsədi ilə əməliyyata başlanıldığı, daha sonra silahlı şəxslərin qaldığı evdə 14 cəsədin tapılmasından sonra əməliyyatın genişləndirildiyi bildirilib.

Prokurorluq onu da bildirib ki, əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.