Şəfəqə Doğru » Manşet » Türk ordusunun əsgəri şəhid olub

Türk ordusunun əsgəri şəhid olub

Türk ordusunun əsgəri şəhid olub

İraqın şimalında baş verən partlayışda türk əsgəri şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“25 avqust 2023-cü il tarixində “Pençe-Kilit” əməliyyatı zonasına PKK separatçı terror təşkilatı üzvləri tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcının partlaması nəticəsində ağır yaralanan əsgər Erkan Selçuk xəstəxanaya çatdırılıb. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə Şimali İraqda “Pençe-Kilit” əməliyyatına 2022-ci ilin aprelində başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir. Ankara bu təşkilatı milli təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edir. PKK ilə münaqişə 1984-cü ildən davam edir.