Gecə saatlarında naməlum şəxslər qondarma qurumun "prezidenti" Arayik Arutyunyanın "ofisinə" yaxınlaşaraq atəş açıblar.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
"Hraparak" qəzeti yazıb ki, hadisədən əvvəl bir qrup erməni onun "ofisinə" gəlib və Qarabağdakı vəziyyət barədə qızğın söhbət ediblər. Daha sonra ermənilər binadan çıxıb və "ofisi" gülləboran ediblər.
Hadisədə iştirak edən şəxslərin hazırda polis idarəsində olduğu bildirilir.