Şəfəqə Doğru » Manşet » Elçibəy ermənilərə HANSI GÜZƏŞTLƏRİ TƏKLİF EDİBMİŞ.... - İLGİNC

Elçibəy ermənilərə HANSI GÜZƏŞTLƏRİ TƏKLİF EDİBMİŞ.... - İLGİNC

Elçibəy ermənilərə HANSI GÜZƏŞTLƏRİ TƏKLİF EDİBMİŞ.... - İLGİNC

Tanınmış jurnalist Natiq Cavadlı Cəbrayıla - doğma yurdundakı evinı qayıdan anasının fotosunu sosial şəbəkələrdə paylaşaraq maraqlı şərhlə çıxış edib. DİA.AZ bildirir ki, jurnalist 1-ci Qarabağ savaşı zamanı ermənilərə o zamankı rəsmi Bakının etdiyi təkliflər barəsində də bilgi verib. N.Cavadlının anasının fotosu ətrafındakı şərhini dia.az olaraq təqdim edirik:


"Anamdır, Rusiyanın dəstəyiylə Ermənistan ordusunun dağıtdığı evimizə sığal çəkir. İndi işğaldan azad olunmuş ərazilərdə onminlərlə bu cür viran olunmuş evlər var.
2013-cü ildə atamı Ərdəbilə müalicəyə apararkən, taksistin “işğal altındakı evlərinizin damlarını, daşlarını biz daşyırıq, hər kəndə elə olur 400-500 dollar veririk” söyləməsi gərginlik yaratdı. Atam əsəbi şəkildə “heç utanmırsan bunları mənə danışırsan, o evdə təkcə əşyalarım yox, xatirələrim qalıb, hələ özünü də müsəlman, azərbaycanlı adlandırırsan” deyə sərt cavab vermişdi.
Ermənistanın Azərbaycana ərazi iddiası əsasında başlanan Qarabağ savaşı bizim nəsilə 90-ların ağır tramvasını yaşatdı. Çox güman ki, bu tramvayla da ömrümüzü başa vuracayıq. Biz itirilmiş nəsilik, bir hissəmiz müharibədə şəhid və şikəst oldu, yarımız qazanc arxasınca Rusiyada və başqa ölkələrdə, burda qalanlar da sərgərdan ömür sürürük. Övladarımız da müharibəni gördü.
Bəs kim idi günahkar, açıq demək lazımdır: erməni xalqı. Erməni xalqının regiona fəlakət gətirən “miatsum” cəfəngiyyatına inanması hər iki xalqın arasında Rusiyanın 70 il əvvəl başlatdığı düşmənçiliyi yenidən qızışdırdı. Halbuki, biz artıq unutmuşduq. Əgər bu münaqişə olmasaydı, Bakı başda olmaqla, Azərbaycanın Gəncə, Sumqayıt kimi şəhərlərində əsas postlarda ermənilər idi. Ona qədər də onlar yaxşı yerlərdə işləyirdilər, bizim iki erməni qonşumuz vardı, biri şirniyyat fabrikində, ikincisi isə Sumqayıtın İH-in yaxınlığında dərzi işləyirdi. Münasibətlərimiz də yaxşıydı. Atam həmişə futbola Artuş dayıgildə baxırdı, çünki televizorları rəngliydi. Təkcə buna görə yox, Artuş dayı bir dəfə “hayes türkes” söhbətini edən erməni qonaqlarını danlamış və demişdi ki, bəsdirin də, yenidən bu iki xalqı düşmən etmək istəyirsiniz?!
Təəssüf ki, erməni xalqı 80-lərin ikinci yarısında ayrikyanlara, vanyanlara, belyanlara yox, kaputikyanlara, markaryanlara, igityanlara, balayanlara, petrosyanlara, köçəryanlara pərəstiş etdilər. “Miatsum”u gətirənlər milyonerlər oldular, nəticədə region qan çanağına çevrildi, erməni xalqı da səfil günə qaldı.
Bütün bunların müqabilində Azərbaycan milli azadlıq hərəkatının liderləri erməni həmkarlarına barışıq üçün çox cəhd etdilər. Məsələn, Elçibəy prezident seçiləndən 2 gün sonra Türkiyə səfiri Karamanoğluna demişdi ki, Ankaraya Azərbaycanın neft kəmərini Ermənistandan keçirmək istədiyini çatdırın, biz müharibəyə son qoymaq istəyirik. Yaxud ARDNŞ prezidenti S.Bağırov ABŞ-da erməni lobbisiylə görüşdə ərazi iddialarından imtina qarşılığında həmin təklifi səsləndirmişdi. Hələ bütün bunlara qədər Elçibəy 1991-ci ildə amerikalı jurnalist Tomas Qoltsun Qarabağ münaqişəsinin həll yolu haqda sualına “Qafqaz evi” ideyasına yenidən qayıtmağın vacibliyini bildirmişdi. Ancaq Moskva baltik respublikaları arasında gerçəkləşdirə bilmədiyi münaqişəni Qafqazda alovlandırdı və xalqları dərin və qaranlıq quyuya saldı. Çox sonralar T.Petrosyan BBC-in rus xidmətinə aldandıqlarını etiraf edəndə, artıq gec idi.
P.S. Bir neçə gün əvvəl A.Arutyunyanın “biz hörmət edə bilirik, amma diz çökə bilmirik” açıqlamasını oxuyanda, R.Baqdasaryanın onun və sələflərinin erməni icmasının bədbəxtliyi hesabına oliqarx olması barədə video-çıxışlarını xatırlamalı oldum".