Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Qarabağdakı hərəkətlərini yanlış hesab etdiyini, ona görə də baş nazir Nikol Paşinyanla telefon danışıqları aparmaq niyyətində olduğunu bildirib.
“Bu məsələ ilə bağlı mən cənab İlham Əliyevlə danışıqlar apardım, ondan sonra ola bilsin ki, sabah (bu gün-red.) cənab Paşinyanla danışıqlar aparacam”, - Ərdoğan G20 sammitinin yekunlarına dair mətbuat konfransında vurğulayıb.
O qeyd edib ki, bazar ertəsi keçiriləcək danışıqlarda Nikol Paşinyana Qarabağda keçirilən qondarma "seçkilərin" qəbuledilməz olduğu bildiriləcək.
Shafaqadogru.com xəbər verir ki, erməni politoloq Stepan Danielyanın ehtimalına görə, Ərdoğanın Paşinyanla telefon danışığı zamanı Ermənistanın Rusiya ilə münasibətlərinə də toxunula bilər.
Erməni politoloq Türkiyə prezidentinin bölgə dövlətləri arasında vasitəçi kimi önə çıxmasından narahat olduğunu qeyd edib.
“Görünməmiş bir şey baş verir. Ərdoğan Paşinyanla danışacaq, ona zəng edəcək, yəni o, Ermənistanla Rusiya arasında vasitəçi, “bölgə polisi” olur”, - Stepan Danielyanın əndişəsini bölüşüb
Onun sözlərinə görə, Ermənistanın hakim “Mülki müqavilə” partiyası faktiki olaraq Rusiya rəhbərliyi ilə dialoq kanallarını bağlayıb. Qarşılıqlı təhqirlər artıq diplomatik etiketə sığmır.
Stepan Danielyanın deyib ki, İran prezidenti İbrahim Rəisi də İranın “qırmızı xətti”ni keçdiyinə, yəni İranın düşməni olan ABŞ-ın hərbi qüvvələrinin bölgədəki təlimə cəlb edilməsinə görə Paşinyana irad tutub.
Paşinyanla Ərdoğan sonuncu dəfə iyunun 28-də telefonla danışıblar. O zaman üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icrası müzakirə olunub.