Şəfəqə Doğru » Manşet » Həlak olan hərbçimiz doğulduğu kənddə dəfn olundu - FOTOLAR

Həlak olan hərbçimiz doğulduğu kənddə dəfn olundu - FOTOLAR

Həlak olan hərbçimiz doğulduğu kənddə dəfn olundu - FOTOLAR

Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzasında həlak olan hərbçisi Taleh Əliyev dəfn olunub.

 

Shafaqadogru.com  xəbər verir ki, mərhum Zərdab rayonunun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

 

Mərasimdə hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Hərbi orkestr Dövlət Himnini səsləndirib.

 

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı mərhumun atasına təqdim edib.

 

****

09:24



Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Əliyev Taleh Saleh oğlunun nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.

 

Shafaqadogru.com  "Report"a istinadən xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

 

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra onun Gödəkqobu kənd qəbiristanlığında dəfn olunacağı nəzərdə tutulur.

 

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.

 

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.