Şəfəqə Doğru » Manşet » SON DƏQİQƏ! Vardanyan Laçın postunda saxlanıldı — Bakıya gətirildi

SON DƏQİQƏ! Vardanyan Laçın postunda saxlanıldı — Bakıya gətirildi

SON DƏQİQƏ! Vardanyan Laçın postunda saxlanıldı — Bakıya gətirildi

Sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu barədə Demokrat.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.


***
14:04

Ruben Vardanyan Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Shafaqadogru.com xəbər verir ki, bu barədə "Conflict" teleqram kanalı məlumat yayıb. 

Ruben Vardanyanın Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçmək istəyərkən tutulub.


Elmar Heydərli
Demokrat.az