Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Yusif Məmmədrza oğlu Xəlilovla Lənkəran rayonunda vida mərasimi keçirilib.
Shafaqadogru.com Modern.az-a isdinadən məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), tank komandiri gizir Y.Xəlilovun cənazəsi doğulduğu Veravul kəndinə gətirilib.
Şəhidin doğulduğu evdə onunla vida mərasimi keçirilib.
Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Üçrəngli bayrağa bükülən tabutu önündə şəhidin ruhuna duallar oxunub.
Qeyd edək ki, şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulub. 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Birgünlük antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biridir.
O, ailəlidir, iki qız övladı var.