Şəfəqə Doğru » Manşet » Qazax təhsilində haqsızlıq.

Qazax təhsilində haqsızlıq.

Qazax təhsilində haqsızlıq.

                                                             

   Qazax rayon əhalisi rayon təhsil şöbəsinə sektor müdiri təyin olunan Ruslan müəllim gənc kadırdır  və ondan öncə Qazax  təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Nizaməddin  Babanlının Qazax təhsilində çalışdığı müddətdə yaratmış olduğu nizam –intizamı  və düzəni davam etdirəcək .Çox təəssüflər olsun ki ,belə olmadı .Ruslan müəllim illərin müəlliməsi metodist vəzifəsində çalışan Süsən müəlliməni özünün dediyi kim ,6 aylıq müqaviləyə imza atdıraraq , 6 aydan sonra onu işdən azad etmişdir.Yəqin ki , hansısa maraq müqavilində o bunu etmişdir.Uzun hay-küydən sonra Süsən müəllimənin  bu qədər müraciətlərinə baxmayaraq, Qazax Tovuz Regianal Təhsil  idarəsinin müdiri Arslan Hacıyevə onun haqqında mənfi fikirlər söyləyərək,Süsən müəllimənin işə qayıtmaması üçün,əlindən gələni etmişdir. Onun bu hərəkətləri Qazax içtimaiyyəti  arasında və Qazax təhsilində Süsən müəlliməni  tanıyan insanların hamısında etiraz hissləri yaratmışdır. Tərbiyəli  bir ailə başcısı kimi ,3 uşaq anası olan öz mədəniyyəti   və  davranışı ilə örnək ola biləcək  Azərbaycan müəlliməsinə qarşı olunan bu haqsızlıq Qazax içtimaiyyəti arasında ən azından vicdansızlıq kimi ,dəyərləndirilir 

  Odur ki ,  Təhsil Naziri Emin Əmrullayev  bu olanları ədalətlə dəyərləndirib  Süsən müəlliməni öz vəzifəsinə qayıtması üçün ,göstəriş verəcəyinə inanırıq deyə, Qazax içtimaiyyəti düşünür.

 Biz isə  qarşı tərəfi dinləyib dərc etməyə hazırırq.

Neymət Novruzlu .