Şəfəqə Doğru » Manşet » Agstafa rayonunda qırmızı kitaba düşmüş uyğunluqlar və yovşanlıqlar qanunsuz ollaraq , əkin sahələrinə çevrilib.

Agstafa rayonunda qırmızı kitaba düşmüş uyğunluqlar və yovşanlıqlar qanunsuz ollaraq , əkin sahələrinə çevrilib.

Agstafa rayonunda qırmızı kitaba düşmüş uyğunluqlar və yovşanlıqlar  qanunsuz ollaraq , əkin sahələrinə çevrilib.

                

 

  Redaksiyamıza daxil olan məlumatlarda Agstafa rayonunda  örüş yerləri bir neçə icarədar arasında bölündüyü söylənilir.Yəni rayon icra hakimiyyətində adının çəkilməsini istəməyəm mənbənin verdiyi məlumata görə,İH-nin birinci müavini Müşfiq müəllimin rəhbərliyi ilə örüş yerləri hektarı  5-6 manata sənədləşdirilərək,200 manatdan  təcrübəli icarədarlara satılır. Onlar isə,hektarını  350- 400 manatdan əkinlə məşğul olan icarədarlara satırlar.Bəzi  ana icarədarlar isə, özləri  adı çəkilən örüş yerlərini əkib becərirlər.Həmin örüşlərin içində qırmızı kitaba düşmüş ulgunluqlar və yovşanlıqlar əkilərək , məhv edilir .

Buna misal olaraq,icarədarlardan Cəmil adında   Kosalar kənd sakini 400 hektar torpaq sahəsini özünün dediyinə görə , 350 hektarı örüş sahəsi olan ,örüş yerlərini (yovşanlıqları )qanunsuz olaraq, əkin sahəsinə çevirib.Telefonla mənə müsahibə verərkən, hətta iki ildi o torpaqları qanunsuz becərdiyini də yəni 15 ilik müqaviləsinin bitdiyini və icra hakimiyyəti tərəfinfən müqavilənin təkrar uzadılmsını isdəmədikləri  barəsində gileyləndi.Bəs iki ildi müqaviləsiz necə becərirsən sualını isə ,pul ödəyirəm deyə ,cavablandırdı.Bəs pulu müqaviləsiz hara ödəyirsən sualıma isə,-onu özüm bilərəm deyə ,cavab verdi.

 Ümidvarıq ki, məhs bu sualın cavabını Azərbaycan Respublikasının Baş Prokroru yanında Korupsiya Qarşı Mübarizə Baş İdarəsi  məşqul olub cavabını alacaq.Və bununla bizim redaksiyamıza  da yardımçı olacaq.

Bundan başqa isə mənbənin dediklərinə görə,Kürün sol sahilində Dürdanə xanım adında birisi 350 hektar sahədə ulğunluqları məhv edərək, 400 manatdan əkmək üçün icarəyə verib.Və aldığımız məlumtlardan sonra  çəkilişini apardığımız bir neçə icarədarda vardır ki ,  araşdırmamız davam edir və tamamaladıqda barələrində ətraflı yazacayıq.Bütün bunların başında duran Müşfiq Hüseyinov və  onun əlaltısı əvvəllər Agstafa rayon torpaq şöbəsi müdiri vəzifəsində işləmiş Rizvan Mustafayevdir.

 Araşdırmamız davam edir .

Qarşı tərəfi dinləməyə və dərc etməyə hazırırq. 

Neymət Novruzlu.