"Mənə də bahalı ətir hədiyyə ediblər. Toylara getmirəm, toy aparmıram və toy sahəsində yoxam.
Bir insana boş yerdən ev hədiyyə etməzlər. Əgər mənə də belə bir hədiyyə versələr, qəbul edərəm".Shafaqadogru.com xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) "Bu dəqiqə verilişdə Rövşanə, sizə 4 otaqlı mənzilinin açarlarını versələr götürərsiniz?" sualına Rövşanə belə cavab verib:
"Niyə götürmərəm ki,... Sizə versələr götürməzsiniz ki? Götürərəm, amma sual yaranır ki, bu evi mənə nə məqsədlə verirlər? Sonunda nə olacaq? Məndən bu evin qarşılığında nə istəyəcəklər?"
Rövşanə efirlərdə şou əhlinə bağışlanan ev və avtomobili gənclərin tərbiyəsinə mənfi təsir göstərdiyini vurğulayıb:
"Verilişlərdə bu cür halların yaşanması heç də xoş deyil. Belə şeylər eləməsinlər. İndi siz mənə desəniz ki, "donbalaq aş", mən donbalaq aşmalıyam? İnsan özünə hörmət etməlidir. Bu nədir axı, müğənnilərə ev və avtomobilin açarları verilir? Belə şeylər gənclərin tərbiyəsini pozur.
Övladlarımız baxır görür ki, nə gözəl oxuma, heç bir iş görmə, təhsil alma, elə çıx efirdə oranı-buranı fırlat və sənə ev, avtomobil verəcəklər.
Bu, həqiqətən də gülməli idi. Bu hədiyyəni verdikləri təqdirdə əvəzinə həmin insandan nə istəyirlər? Və həmin evi, avtomobili alan insanlar qarşılığında nə verirlər onlara? Özü də bu kimi hədiyyələri yalnız qadın müğənnilərə verirlər".
Qeyd edək ki, bir müddət əvvəl efirlərdə müğənnilər Şəbnəm Tovuzluya avtomobil, Türkan Vəlizadəyə isə ev hədiyyə olunub.