Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 91-ə çatıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat verib. Qeyd olunub ki, 179 nəfərin taleyi məlum deyil, 250-dən çox sakin xəsarət alıb.
Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Yanvarın 4-də xilasedicilər dağıntılar altında 72 saatdan çox qalan yaşlı qadını çıxarıblar.
Zəlzələdən ən çox İşikava prefekturası zərər görüb.
İlkin məlumata gör, təbiət hadisəsi zamanı 250-dən çox ev dağılıb, yanğınlar nəticəsində 200 bina məhv olub.
Xatırladaq ki, yanvarın 1-də Yaponiyada 7,6 maqnitudalı zəlzələ olub, ölkənin qərb sahillərini sunami vurub.