Şəfəqə Doğru » Manşet » Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 91-ə çatıb.

Shafaqadogru.com xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat verib.  Qeyd olunub ki, 179 nəfərin taleyi məlum deyil, 250-dən çox sakin xəsarət alıb.

Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Yanvarın 4-də xilasedicilər dağıntılar altında 72 saatdan çox qalan yaşlı qadını çıxarıblar.

Zəlzələdən ən çox İşikava prefekturası zərər görüb.

İlkin məlumata gör, təbiət hadisəsi zamanı 250-dən çox ev dağılıb, yanğınlar nəticəsində 200 bina məhv olub.

Xatırladaq ki, yanvarın 1-də Yaponiyada 7,6 maqnitudalı zəlzələ olub, ölkənin qərb sahillərini sunami vurub.