Şəfəqə Doğru » Manşet » İrandakı terror aktına görə 32 nəfər həbs olunub

İrandakı terror aktına görə 32 nəfər həbs olunub

İrandakı terror aktına görə 32 nəfər həbs olunub
İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər 32 nəfər həbs olunub.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, tədbirlər davam edir.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. İran Prezidenti İbrahim Rəisi terror aktının qisasının alınacağını bildirib.