Şəfəqə Doğru » Manşet » Zəlzələ bölgələri ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Gələn ay bu tarixdə...

Zəlzələ bölgələri ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Gələn ay bu tarixdə...

Zəlzələ bölgələri ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ - Gələn ay bu tarixdə...

Türkiyəni yasa boğan “əsrin fəlakəti”ndən bir ilə yaxın vaxt keçir. Hökumət 11 əyalətdə baş verən zəlzələnin yaralarını sağaltmaq üçün fəal şəkildə çalışıb.

Shafaqadogru.com  Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən 850 min hissənin (680 min yaşayış yeri, 170 min ticarət sahəsi) zədələndiyi 11 əyalətdə ilk 41 min yaşayış yeri və 5 min kənd evinin tikintisi tamamlanıb.

Fevralın 6-da, zəlzələnin ildönümündə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə fəlakətin episentri olan Kahramanmaraşda keçiriləcək mərasimdə zəlzələdən zərər çəkənlərə evlər təhvil verilməyə başlanacaq.

Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi də zəlzələdən zərər çəkmiş əyalətlərin infrastruktur işlərini sürətləndirib. Başda su və kanalizasiya olmaqla, infrastruktur layihələri üçün yerli hökumətlərə 51 milyard lirə infrastruktur dəstəyi verilib.

532.jpg (131 KB)