Şəfəqə Doğru » Manşet » Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...

Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...

Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...

Tovuz,  qəhrəmanlar diyarıdır! .  Qəhrəmanlar yetişdirən əhaliyə yol və qaz lazımdır. 

Tovuz o rayonlardandır ki, üzdəniraq qonşularımızla həmsərhəd olmasına baxmayaraq onlara nə bir qarış torpaq vermiş nə də əhalisi Birinci Qarabağ müharibəsində  öz evlərini tərk etməmişdir. 

Hamıya məlumdur ki, 44 günlük  Vətən Müharibəsi  bədnam qonşularımızın  Tovuza hücumu ilə başladı.  Bizim Zəfərimiz  Tovuzdan keçdi.  Haqqında danışacağımız kəndlərin özünündə ona yaxın şəhidi, yüzlərlə qazisi var. Amma bütün bunlara baxmayaraq  21-ci əsrdə müasir dünyanın, çağdaş Azərbaycanımızın bu qədər inkişaf etdiyi  məqamda təəssüflər olsun ki,  bu rayonun kəndlərinin  əhalisi şəraitsizlik içində çox əziyyət çəkirlər. 



Bu gün ölkəmizdə  Tovuzun kəndlərindən də pis vəziyyətdə  yolları olan rayonlara  yol və  qaz çəkildiyi halda belə bir rayonun əhalisi şəraitsizlikdən əziyyət çəkməkləri  aidiyyətı  qurumların diqqətsizliyindən başqa bir iş deyil. Söhbət Tovuz rayonunun ermənilərlə sərhəd kəndləri olan Çeşməli, Abbasqullar, Papaqçılar, Məşədivəlilər, Qandallar, Həsənli, Güvəndik kəndlərindən gedir. Cəmi 15-20 kilometrlik asfalt yola ehtiyacı olan bu kəndlərdə hər gün işə, məktəbə getmək çox təhlükəlidir.

Kənd ərazilərini mərkəzlə birləşdirən yol üzərində qurulmuş körpü istifadəyə yararsız haldadır. Bu körpü uçarsa sadalanan kəndlərin rayon mərkəzi ilə əlaqəsi  tamami ilə kəsiləcək.  İqlim şəraiti baxımından sel daşqınlarının ən intensiv baş verdiyi bu torpaqlarda yolların bu vəziyyətdə olması  insan həyatına laqeydlik əlamətidir.  Yuxarıda sadaladığımız kəndlərdə məktəblilərin soyuq qış aylarında dərsə getməsi mümkünsüzdür.

Yolsuz, şəraitsiz kəndlərin həm də qaz problemi var. Tam yaxın ərazilərdən keçən qaz xətləri olsa da amma nədənsə 20 kilometr yola ehtiyacı olan bu sərhəd kəndlərin qazla təmin olunması  heç kimin yadına düşmür.

Ümüd edirik ki, aidiyyəti qurumlar  məsələ ilə  yaxından maraqlanacaqlar.

AZİNFORM.AZ mövzü ilə bağlı video reportajı təqdim edir: