Şəfəqə Doğru » Manşet » “Dünyanın ən böyük, analoqsuz nəyi varsa Azərbaycandadır…” — Aslan İsmayılov TƏBİB rəhbərini tənqid etdi

“Dünyanın ən böyük, analoqsuz nəyi varsa Azərbaycandadır…” — Aslan İsmayılov TƏBİB rəhbərini tənqid etdi

“Dünyanın ən böyük, analoqsuz nəyi varsa Azərbaycandadır…” — Aslan İsmayılov TƏBİB rəhbərini tənqid etdi

Tanınmış hüquqşünas və vəkil Aslan İsmayılov Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun fəaliyyətini tənqid edib.

Aslan İsmayılov Vüqar Qurbanovun bir neçə gün öncə İTV-yə verdiyi müsahibəsini belə şərh edib:

“İTV-yə müsahibəsində Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib ki, ölkəmizdə Qafqazın ən böyük reabilitasiya-terapiya mərkəzinin açılması nəzərdə tutulur. Onsuz da tək Qafqazın yox, həm də dünyanın ən böyük, ən analoqsuz nəyi varsa Azərbaycandadır. Tək Bakıda Diaqnostika Mərkəzi, Yeni Klinika da ən böyüklərdəndir.

Vüqar Qurbanovdan xahiş edirəm ki, Azərbayacanda dünyanın ən böyük yox, ən kiçik müalicə müəssisəsi tikin ki, müalicə üçün kasıblarımız İrana, ortabablar Türkiyəyə, varlılar isə ABŞ və Avropaya getməsinlər”.
hurriyyet.az