Şəfəqə Doğru » Manşet » Ədalətin ədalətsizliyi - “Azərpoçt” MMC-nin Qazax şöbəsi ərizə və şikayətləri niyə gizlədir?

Ədalətin ədalətsizliyi - “Azərpoçt” MMC-nin Qazax şöbəsi ərizə və şikayətləri niyə gizlədir?

Ədalətin ədalətsizliyi - “Azərpoçt” MMC-nin Qazax şöbəsi ərizə və şikayətləri niyə gizlədir?
Bu sırada "Azərpoçt"-un Qazax filialı ilə bağlı olduqca ilginc və dəhşətli məlumatlar əldə etmişik. İndiyə qədər bizə yazan oxucular bu barədə məlumat versələr də, onun detalları barədə tutarlı faktlar açıqlamırdılar. Son iki gün ərzində apardığımız ilkin araşdırma və əldə etdiyimiz məlumat isə o qədər dəhşətlidir ki, bunu hansı ölkədə etsəydilər, hökumətqarışıq hamı istefa verərdi. 

Shafaqadogru.com Mediaxeberleri.az-a istinadən  xəbər verir ki, Ədalət Hüseynovun törətdiyi əməllərin sayı- hesabı yoxdur. Və bu əməllərin hər biri dövlətə milyonlarla manata başa gəlməkdədir. "Azərpoçt"-un əmlakını bu şəkildə talamaq isə 11 ildə kimsənin diqqətini çəkməyib.

Bu məsələ məsuliyyət daşımaqdan savayı bir şey deyil. Çox təəssüflər olsun ki, "Aazərpoçt”un yeni rəhbərliyi də Qazaxda şöbə müdiri vəzifəsini daşıyan, korrupsioner və qatı rüşvətxor Ədalət Hüseynovun gül üzünə "püf” demir. Artıq neçə illərdi ki, Qazax poçtamtını öz şəxsi əmlakı kimi işlədən Ədalət Hüseynov hər dinə qulluq edən adamdır. Ardı-arası kəsilmədən poçtda olan kadr dəyişilikləri, işçilərin hər birini şərləməklə təsir altna salan, məşğulluq mərkəzində qetydiyyatda olmayan vətəndaşların ani bir vaxtda işə qəbulu onu gödtərir ki, Ədalət Hüseynov yalnız öz marağını güdür. Poçtun maşın və digər texnikalarının heç biri poçta işləmir. Hüseynov həmin minik avtomobillərindən yalnız şəxsi məqsədləri üçün məişət əşyaları kimi istifadə edir.Onun sadə və təmiz insanları da məhkəmə çəkişmələrinə yönəltməsi, varının və pulunun hesabına "onlara qalib gəlmıəsi” də Hüsynovun hər işə qulluq etməsindən xəbər verir.

Azmış kimi Ədalət Hüseynovun son günlər Qazax Rayon İcra Hakimiyyəti başçısının qəbulunda dediyi məkirli sözləri də zalda olanların təşvişinə səbəb olub. Qəbulda olan bir məmurun dediyinə görə bu boyda insan başçının qarşısında 5 qat əyilərək bildirib ki, " Cənab başçı, Siz Qazaxa gələndən mən də rayondan yuxarı orqanlara gedən ərizə və şikayətlərin qarşısını almışam. Qoymuram məktublar getməyə. İçinə ayrı şeylər qoyub yola salıram”Heç də icra başçısına xoş gəlməyən bu sözlərdən Ədalət Hüseynov özü də xəcalət çəkib.

Maraqlıdır ki, neçə illərdi ki, bu sifətlə Qazax poçtamtına rəhbərlik edən Ədalət Heseynov Prezident İlham Əliyevin "Vətəndaşların ərizə və şikayətlərinə baxılmasına dair” hər il ciddiləşdirdiyi sərəncamını unudub. Demək Ədalət Hüseynov kimi özündən savayı heç kimi düşünməyən bir insan, İlham Əliyevin də siyasətinin əleyhinə işələyir. Bəs onda işində ciddi nöqasanlar olan Ədalət Hüseynov haqqında Qazaxın icra başçısı nə fikirdədir?

Haşiyə: Ədalət Hüseynov da vaxtı çoxdan çatmış kadrlardandır. Sadəcə "plastik material” kimi hər tərəfə əyildiyindən onu tanımağa sərbəst düşüncə istəyir. Onun iş fəaliyyəti, əmlakı və sairə kimi məsələləri dərindən yoxlanılsa hər şey güzgü kimi aydın olar. Yəqin ki, bunun da bir yiyəsi çıxar.