Xəbər verdiyimiz kimi, dünən İstanbulda Santa Maria kilsəsində silahlı insident baş verib. Hadisə nəticəsində Tuncer Cihan adlı şəxs 1 nəfər tərəfindən qətlə yetirilib. Daha sonradan insidenti törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Shafaqadogru.com-un “TRT Haber”ə istinadən məlumatına görə, sözügedən şəxslərdən birinin Rusiya, digərinin isə Tacikistan vətəndaşı olduğu bildirilir. Ətraflı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya saxlanılanların İŞİD üzvü olduğunu açıqlayıb. Ölkə mediasında kilsəyə hücum anının görüntüləri yayılıb.