Kənd Təsərrüfatı Nazirliyində ciddi qalmaqal baş verib. Nazir Heydər Əsədovun kadr dəyişikliyi artıq yuxarı instansiyalarda müzakirə olunmaqdadır
Belə ki, təxminən 8 ay əvvəl nazir Heydər Əsədovun əmri ilə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov gözlənilmədən vəzifəsinən uzaqlaşdırılıldı (Aslan Aslanov hazırda hazırda 3-cü mikrorayon bazarına nəzarət edir-red.).
Bir neçə gündən sonra isə bu sahədə tanınmayan biri – Orucəli Quliyev adlı həkim Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olundu. Hamı elə düşündü ki, nazir Heydər Əsədov yenilik etmək istəyir, uğurlar əldə olunmasına çalışır. Lakin çox keçmədən hər şey bəlli oldu.
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsindəki kadr islahatları ilə bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Həmin məlumatlara görə, Orucəli Quliyev İmişli rayonunda baş baytar həkim işləyib və nazir Heydər Əsədovun sağ əli Azər Süleymanovun adamı kimi tanınıb. Nazirlik divarları arasında gəzən söz-söhbətə görə Orucəli Quliyev bu posta 60 min manat rüşvət verərək təyin olunubmuş. Amma nazir Heydər Əsədov öz ənənəsinə sadiq qalaraq O.Quliyevlə çox işləmədi və cəmi 6 ay sonra Quliyev işdən uzaqlaşdırdı. Elə əsl qalmaqal da bundan sonra başladı. Vəzifədən uzaqlaşdırılan Orucəli Quliyev 60 min manatı 6 ay üçün vermədiyini bildirərək pulunu geri istəyib və əks təqdirdə bütün aidiyyatı orqanları məlumatlandıracağını bildirib. Nazir Heydər Əsədovdan 60 min "əmanətini” geri istəyən O.Quliyevə sakit dayanmasını və onu yenidən İmişliyə baş həkim göndəriləcəyi vədi verilib. Tez-tələsik O.Quliyev yenidən İmişliyə baş həkim göndərilib. Bu zaman ortaya başqa əmma çıxıb. Bəlli olub ki, İmişlinin Orucəli Quliyevdən sonra təyin olunan baş baytar həkimi bu posta təyinat üçün rüşvət veribmiş və o da pulunu geri istəyir. Uzun sürən danışıqlardan sonra əldə olunan razılaşmaya görə, 6 ay əvvəl baş həkim postundan çıxarılan Orucəli Quliyev yenidən İmişliyə baş həkim təyin olunub. Müavin isə hələ də pulunu geri istəsə də ala bilmir.
Ümumiyyətlə bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) bir türlü sualar durulmur. Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər özünü doğrultmadı. Belə ki, bu dönəmdən sonra baş verən proseslər haqda cumhuriyyet.az-a daxil olan məlumatlar da maraqlıdır.
Bildirək ki, İ.Həsənovun yerinə Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova DBNX-inə rəis gətirildi. Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüb içində buraxdı.
Ucqar Zurnabad kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki, nazir Xanlar rayon Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə müvəqqəti rəis təyin etdi. Siyalə Rüstəmovanı isə Sumqayıt səhər Baytarlıq Idarəsinə rəis göndərdi. Sentyabr ayının 14-də, yəni təqribən bir ayyarım əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında nazir Siaylə Rüstəmovanı işdən azad etdi.
Nazir Heydər Əsədovun bu qərarı hamı üçün sürpriz oldu. Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov və ona yaxın olan bəzi şəxslər üçün bu qərar heç də gözlənilməz olmadı. Çünki Siaylə Rüstəmova haqqında qərar verilməmişdən əvvəl Azər Süleymanovun adamları Sumqaytda videoçəkiliş aparmış və həmin video Heydər Əsədova təqdim olunmuşdu. Bundan sonra isə nazirin kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı. Faciə-məzhəkənin baş rejissoru isə Azər Süleymanov olmuşdu. (cumhuriyyet.az)