İlqar müəllim, gözəl qoşub, uydurubsan
Bu millətin daşdan -daşa dəyib başı
Həqiqəti dogruluğu qandırıbsan ,duydurubsan
Hələ yatır ,ağıllanmır bu ölkənin vətəndaşı
Yazdıgmızı doğru sanmır Daş Salahlı vətəndaşı
Ac qarına ,oturublar Az-tv-nin qabağına
Yalanları danışırlar doldururlar qulağına
Sezon gəlib,az qalıbdır pul dalınca qaçmağına
Kreditlər təntidibdi işləyəcək cırılsada qarnı-başı
Bir həmdərd yox hökümətdən neyləməli Daş Salahlı vətəndaşı
Nə yaxşı ki,qonşuluqda var Türkiyə Vladiqafqaz
Çalışırlar qəpik-quruş qazanırlar dadar-doymaz
Bilirlər ki,bununla da cibi dolmaz qarnı doymaz
Əlac yoxdu qaldırmalı ağır daşı ağrısada beli başı
Borc yığılıb ,yük altdadır Daş salahlı vətəndaşı
Neymət Novruzlu.