Ukraynalı jurnalist Vitali Portnikov Donald Trampın ABŞ prezidenti seçilməsinin sirrini açıb.
Shafaqadogru.com xəbər verir ki, Portnikov Trampın qələbəsinin təsadüfi olmadığını, vaxtilə Ronni Reyqanın da Tramp kimi gözlənilməz nəticə əldə etdiyini bildirib.
Ukraynalı jurnalist qeyd edib ki, artıq ABŞ-ın yeni nəsli ata Corc Buşla, oğul Buşun eləcə də, Bill Klintonun ənənəvi siyasətindən qəzəblənib. Bu səbəbdən də Hillari Klintonun əleyhinə səs verilib.
Qəzəblənmiş insanların Trampı prezident seçdiyini deyən Portnikov Trampın qələbəsinin qanunauyğun olduğunu vurğulayıb.
Qeyd edək ki, 8 noyabrda Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Hillari Klinton üzərində inamlı qələbə çalaraq, ABŞ-ın 45-ci prezidenti olub.