Balqabaq qədim dövrlərdən müalicəvi əhəmiyyətə malik bostan bitkisi kimi istifadə edilir. Balqabaq eyni zamanda milli mətbəximizdə də istifadə edilir. Qızıl payızın bəxş etdiyi bu məhsul insan orqanizmi üçün çox faydalıdır.
Shafaqadogru.com balqabağın faydalarını oxucuları ilə bölüşür.
Lazımsız mayeni çıxarır
Balqabaq sayəsində orqanizmdən lazımsız maye ifraz olunur. Balqabağın tərkibində olan kalium və natriumun reaksiyası orqanizmi lazımsız mayedən təmizləyir. Böyrək, sidik kisəsi xəstəliyindən əziyyət çəkənlər və ürək-damar sistemi xəstələri bu tərəvəzdən bol-bol istifadə etsinlər.
Bağırsağın fəaliyyətini stimullaşdırır
Balqabağı çiy və ya qaynadılmış formada qəbul etmək bağırsaq fəaliyyətini stimullaşdırır. Çünki balqabaq yumşaldıcı rol oynayır. Bu səbəbdən bağırsaq keçməzliyi və qəbzlikdən əziyyət çəkənlər gündə 500 qram balqabaq qəbul etməli, 100 qram balqabaq şirəsi içməlidir.
Balqabaq sinir sistemini stimullaşdırır
Balqabağın tərkibində B qrupuna aid çoxsaylı vitaminlər var. Bu vitaminlər sinir hüceyrələrinə təsir edir, normal yuxuya kömək edir və yaddaşı normallaşdırır. Əgər yuxudan əvvəl 100 qram balqabaq şirəsi içsəniz, yaxşı yata bilərsiniz.
Xəstəliklərə qarşı faydalıdır
Balqabağın tərkibində sellüloz və orqanik turşular var. Bu isə mədə xorası, qastrit və yoğun bağırsağın iltihabından əziyyət çəkən adamlar üçün faydalıdır.
Balqabağın tərkibinə karotin var
Balqabağın narıncı rəngi tərkibində karotinin olduğuna dəlalət edir. Balqabağın tərkibində olan karotinin miqdarı yerkökünün tərkibində olandan dəfələrlə çoxdur. Görmə qabiliyyətinə müsbət təsir edir, onkoloji xəstəliklərin qarşısını alır.
Balqabaq qurda qarşı əla vasitədir
Balqabağın tumları qurda qarşı əla vasitədir. Hətta bir çox keyfiyyətli sintetik dərman preparatından da faydalı olduğunu demək mümkündür. Balqabaq tumunun tərkibində toksinlər olmadığı üçün əks-təsiri yoxdur və dadı da əladır.
Artıq çəkidən əziyyət çəkənlər üçün faydalıdır
Tərkibində kalori miqdarı az olduğu üçün və həzmi normallaşdırdığı üçün dietoloqlar tərəfindən məsləhət görülür. Bu səbəbdən balqabaq pəhrizi artıq çəkidən qurtulmağa, zərərli xolesterini bədəndən ifraz etməyə kömək edir.
Balqabaq dəriyə faydalıdır
Dəri üçün bərpaedici xüsusiyyətə malikdir. Bu səbəbdən dəri yanıqları, ekzema və digər problemlər zamanı balqabaqdan hazırlanmış məhlulu dəriyə sürtmək məsləhət görülür.
Balqabaq tumları çox faydalıdır
Balqabaq tumlarının tərkibində olan zülalı yumurtanın tərkibində olan zülalla müqayisə etmək olar. Tumların tərkibində eyni zamanda doymamış yağlı turşular da var.
Balqabaqdan kosmetologiyada istifadə edilir
Balqabağın tərkibində olan elementləri kosmetik vasitələrin tərkibində tapmaq mümkündür. Balqabaqdan hazırlanmış maskalar çox faydalıdır. Ev şəraitində üz dərisi üçün əla maska hazırlamaq mümkündür:
2-3 xörək qaşığı balqabaq, 1 yumurtanın ağı və 1 çay qaşığı bal. Qarışdırıldıqdan sonra maska hazırdır. Üzə çəkilir, 10-15 dəqiqədən sonra soyuq su ilə yuyulur.