Şəfəqə Doğru » Manşet » TELEVİZİYALARDA ŞOU TƏXİRƏ SALINDI

TELEVİZİYALARDA ŞOU TƏXİRƏ SALINDI

TELEVİZİYALARDA ŞOU TƏXİRƏ SALINDI

Xəzər TV bugünkü efirində dəyişiklik edib.

Bu barədə xalq artisti Faiq Ağayev sosial şəbəkədə məlumat verib.

Müğənni Xəzər dənizində baş verən faciə ilə bağlı kanal rəhbərliyinin belə bir addım atdığını qeyd edib:

"Bu axşam Xəzər TV-də, "5/5″ verilişində Zaurun qonağı olmalı idim. Səhərdən özümə yer tapa bilmirdim. Axı bu dönəmdə efirə necə çıxım? Mümkün deyildi. Dənizdə baş vermiş faciə ilə bağlı yayım təxirə salındı. Xəzər TV rəhbərliyinə bu günkü efir düzənini ümumən dəyişdiyinə görə minnətdaram. Allah neftçilərimizə yar və yardımçı olsun”.

Xatırladaq ki, bu gün gecə saatlarında "Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb.

Budkada 10 nəfər işçi olub. Onlardan birinin cəsədi tapılıb, qalan 9 nəfər isə itkin düşüb.

***

"Xəzər dənizində baş vermiş qəza ilə əlaqədar hazırda telekanalların proqram səbətindən əyləncəli verilişlər çıxarılıb”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.