Şəfəqə Doğru » Manşet » YUMURTANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

YUMURTANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

YUMURTANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ
Toyuq yumurtası çox yüksək kaloriliyi ilə seçilir və aclığı götürməklə yanaşı orqanizm tərəfindən asanlıqla mənimsənilir. Hər 100 qr məhsulda 157 kKal enerji vardır. Yumurtanın tərkibində yağ olduğu üçün, əsasən, normal bədən quruluşunu saxlamaq üçün soyutma halda qəbulu yetərlidir.
 
100 qramda qidalılıq (qramla):
 
Zülal – 12,7
Yağ – 11,5
Karbohidrat – 0,7
Kül – 1
Su – 73,5
Kalorilik – 159
 
Dəyərli tərkibi:
 
Toyuq yumurtası yeganə mahsuldur ki, orqanizm tərəfindən 97-98% mənimsənilir və bağırsaqlarda demək olar ki, şlak yaratmır. Yumurta insan orqanizminin normal inkişafı üçün zülal, aminturşular, makro və mikroelementlərlə – kalsium, kalium, fosfor, maqnezium, natrium, xlor, kükürd, dəmir, sink, yod, mis, kalium permanqanat, xrom, ftor, molibden, bor, kobalt ilə çox zəngindir, həmçinin tərkibində B qrupu vitaminlər (B1, B2, B3, B6, B9, B12) və E, C, D,A, H, PP, K vitaminləri vardır.
 
Yumurta sarısı D vitamini mənbəyidir. Bu vitamin xüsusilə açıq havada günəş altında az vaxt keçirənlər üçün (Günəş şüalarının təsirindən dəri vasitəsilə orqanizmdə D vitamini sintez olunur) vacibdir. Vitamin D orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir. Həmçinin yumurta sarısı dəmir-minerallar ilə zəngindir. Bu minerallar orqanizmin yorulmasının qarşısını alır, eləcə də onkoloji və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır. Yumurta sarısının tərkibində "Lesitin” maddəsi vardır ki, bu maddə qaraciyər və öd yollarının funksiyasının yaxşılaşmasına kömək edir. Lesitin skleroz əleyhinə təsir edir, beyni qidlndırmaqla hafizəni yaxşılşdırır.
 
Xolin-yumurta sarısında olan bu məddə süd vəzisinin xərçəngini azaladır, şiş əmələ gəlməsinin qarşısını 24 % azaldır.
 
Yumurta ağı B qrup vitaminlə zəngin olduğu üçün insan orqanizmi üçün çox qiymətlidir.
 
Orqanizmin gündəlik 25% aminturşulara olan təlabatını yumurta ödəyir. Bütün bunlara baxmayaraq yumurtanı çox miqdarda qəbul etmək də düz deyil. Orqanizm tərəfindən mənimsənilən artıq zülal böyrəklərin işinə mənfi təsir edir, qan dövranını pisləşdirərək sağlamlığa zərər vurur.
 
Yumurta "Niasin” maddəsi ilə də zəngindir. Bu maddə beynin qidalanmasın kömək edir, cinsi hormanların əmələ gəlməsini asanlşdırır, qaraciyərdən zəhərli maddələrin xaric olmasına yardım edir.
 
Yumurtada olan B9 – fol turşusu hamilə qadınlar üçün çox vacibdir. Belə ki, bu vitamin dölün normal inkişafına dəstək verməklə, uşağın sağlam doğulmasına yardım edir.
 
Yumurtanın orqanizm üçün zərəri:
 
Salmonella – yumurtada tapıla bilən ən təhlükəli mikroblardan biridir. Bu mikrob yumurtaya və ya toyuğa heç bir zərər vurmur, ancaq əgər bu mikrob insan orqanizminə düşərsə, bədən temperaturunda sürətlə inkişaf edərək, bağırsaqlarda iltihab, paratif və tif yrada bilir. Sanitar həkimlər istifadədən əvvəl yumurtanı sabunlu su ilə yumağı məsləhət görürlər. Yumurtanı 10 dəqiqədən az qaynatmaq məsləhət deyil. Həmçinin həkimlər yumurtanı çiy yeməyi orqanizmin sağlamlığı üçün zərərli hesab edirlər. Harvard tibb məktəbinin mütəxəssisləri həftədə 7 və daha çox yumurta qəbul edən orta yaşlı kişilərin ölüm faizinin artıdığı qənaətindədirlər, belə ki, yumurtada olan çox miqdarda xolesterin damarların divarında kirəc əmələ gəlməsinə səbəb ola bilir.
 
Diabetiklər xüsusi risk qrupuna daxildirlər: çoxlu miqdarda yumurta qəbulu infarkt və insultdan ölüm dərəcəsini iki dəfə artırır.(gecce.az)