Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf partiyasının irəli sürdüyü konstitusiya dəyişikliyi paketi səsə qoyulub.
Shafaqadogru.com xəbər verir ki, 448 deputatın səs verdiyi iclasda dəyişikliklər paketi 338 səslə qəbul edilib. Millət vəkillərindən 134-ü təklifin əleyhinə səs verib. 2 nəfər bitərəf qalıb, 1 səs isə etibarsız sayılıb. Səsvermə gizli keçirilib.
Qeyd edək ki, konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi və baş nazir postunun ləğv edilməsini nəzərdə tutur.
Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur.
Dəyişikliklər, həmçinin, millət vəkillərinin sayını 550-dən 600-dək artırılmasını və namizədlərin minimal yaş həddinin 18 yaşadək endirilməsini nəzərdə tutur.
Layihə parlament tərəfindən qəbul olunub və ümummilli səsverməyə çıxarılacaq. Referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.