Çox maraqlıdır. Bir rayona icra hakimiyyəti başçısı təyin olunan hər biri işə başladığı gündən 1-ci işi rayonların girişlərində qoyulmuş böyük bayrağın,milli bayrağımızın ətrafında özünə məxsus dəyişikliklər apararaq,çoxlu miqdarda vəsait xərcləyir.İkinci işləri isə, İcra hakimiyyətinin binası ətrafında və daxilində güya ondan əvvəlki başçının heç,zövqü yoxmuş kimi,yenidən köklü təmir işləri gördürərək ,xeyli qazanc əldə edir.
3-cü isə,ən əsas və çox gəlir gətirən və heç bitib tükənməyən sahə,, bardyür dəyişmə ‘’sahəsidir ki,illərlə yəni ,təzə başçı gələnə qədər,dəyişə-dəyişə durur.
Qaynana filmində Nəsibə Zeynalovanın bir ləzzətli deyimi var.-,,Ay bunun anasının qarnına şiş batsın .Bir ildə adamın nə qədər doğum günü olar.’’
Qardaşım indi xalqın millətin bu qədər dərdi –səri varkən, bu qədər evsiz-eşiksiz insanlarımız,elektriksiz –qazsız məhəllələrimiz,susuz evlərimiz-çöllərimiz varkən ,bu heç bir qəzası –uçqunu olmayan əlvan rənglərlə boyanmış ,yeni dəyişdirilmiş,, bardyür’’-ləri yenidən dəyişmək niyə bu başçılara daha vacibdir.Yəni bu,, bardyür’’-dən qazandıqlarını ,digər insanlara xeyir verən işlər görərək,yəni, məsələn-: Bu gün ölkə prezidenti kənd təsərrüfatını inkişaf etdirmək üçün ,bu qədər tapşırıqlar verirkən ,olmazmı əkin sahələrinə su kəmərləri çəkələr,su artezianları qazdıralar ki,camaat fındıqlarını suvara,bitirə,yaxudda ,dağılıb –uçan asvalt çuxurlarını təmir etdirə və forma 2-di nədi onuda bu,, bardyür’’ əməliyyatında elədikləri kimi on qat artığına hesablaya yenə qazanarlar
Yox qardaşım!
Bu onlara sərf eləmir.Birinci şərt onlara sərf eləmir.Əvvəla ona görə ki,o evsiz –eşiksiz insanlara ev tikib içinə işıq,qaz versələr,torpaqlarına su versələr,yollarını asvaltlasalar bu insanlar o isti,işıqlı evlərdə sulu torpaqlarında əkib-becərdikləri məhsullarını yeyib -içib ,o çəkdikləri asvalt yollarla rahatca gəlib layiq olduqları daha başqa şeylər tələb edəcəklər.Ona görədə qoy elə canlarının hayına qalsınlar ki,başları qarışsın.
İkinci isə ,ən əsası odur ki,deyilənlərə görə, icra başçıları vəzifəyə gələn gündən birinci növbədə özlərinə sərf edən bir yerdə,, bardyür”” zavodu yaxud sexi tikdirirlər.Və yaxın qohum -əqrəbalarına iş yeri düzəldir və işlədiyi sürədə,, bardyür ‘’əməliyyatından əldə etdikləri böyük mənfəətləri və nəzərdə tutduqları qazancı əldə edirlər.
Düşünürəm ki,məqaləni oxuyan ölkəmizin bütün bölgələrindəki oxucularımız məni aınaçayacaq. Çünki ölkəmizin bütün bölgələrində mənim bu gördüklərimin təsdiqi sübutu var.Sanki bütün rayonlara təyin olunan icra başçıları sözləşib eyni əməliyyatı yəni ən-sadə və gəlirli sahəni,, Yaşıllaşdırma və bardyür əməliyyatı ‘’–nı hədəf götürərək,bu vəzifəyə gəlirilər.
Neymət Novruzlu.