Şəfəqə Doğru » Manşet » QAZAX BAYTARLIĞININ “BAYTAQ İŞLƏRİ” – YENİLƏNDİ

QAZAX BAYTARLIĞININ “BAYTAQ İŞLƏRİ” – YENİLƏNDİ

QAZAX BAYTARLIĞININ “BAYTAQ İŞLƏRİ” – YENİLƏNDİ

Rayonda baytarlıq idarəsinin "yoxluğu”, orada baş alıb-gedən özbaşınalıqlar haqqında oxucularımıza məlumat vermişdik. Qazağın kəndlərində və şəhərin özündə ətkəsmə məntəqələrində satılan ətin hansı laboratoriyadan keçməsindən söz aşıla bilməz. Bu vəziyyət rayonun mərkəzi bazrında da  xoşagəlməzdi. Bir qəssab gün ərzində 3-4 xırda heyvan kəsib satır. Heç birinə də sağlamlıq üçün arayış verilməyib. Yəni baytarlıq idarəsinin müdiri İlqar Orucov işinə məsuliyyətsiz adamdı. O, ancaq qəssablardan pul yığmağı əla bacarır. Deyilənə görə Qazax bazarında 2 adda ət satışı var. Bəzən qəssablar yarasız ətə "İlqar əti” adını deyirlər. Yəni İlqar satdırır.

 İlqar Orucov həm də "qoçu” adını qazanıb. Ötən il qaçqın bir kəndin icra nümayəndəsi ilə yumruq davası rayonda xeyli müzakirəyə səbəb olmuşdu. Sabiq icra başçısı Ayaz Əsgərov İlqar Orucovun yaxşıca pulunu aldıqdan sonra, ona "bəraət " verdi. İlqar Orucov yerində qala bildi. Qaçqın kəndin icra nümayəndəsinin pulu olmadığı üçün işindən azad oldu. Bəli, bu da Qazax Rayon Baytarlıq İdarəsinin müdiri İlqar Orucov.

İlqar Orucov  ötən il aldığı 20 000 manat dəyərində olan xarici minik avtomobillə    "az əməkhaqqı ilə çox iş görənlər siyahısına düşmüşdür”.

 Qarşı tərəfin fikrini də öyrənməyə hazırıq.

                                                                                                                          Vəkil