Şəfəqə Doğru » Manşet » Rusiyanın Qarabağ oyunu: Proses nəzarətdən çıxır

Rusiyanın Qarabağ oyunu: Proses nəzarətdən çıxır

Rusiyanın Qarabağ oyunu: Proses nəzarətdən çıxır

Müharibə olmasa da, ermənilər tərəfindən təxribatlar gözləniləndir.


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Dağlıq Qarabağ prosesində iştirak edən əsas oyunçular ciddi addımlar atmazsa, xaotik problemlər baş verə, hətta vəziyyət hərbi müdaxiləyə qədər gedib çıxa bilər:

"2017-ci ildə münaqişənin həllində müəyyən irəliləyiş olmalıdır. Çünki heç bir regional oyunçu müharibənin yenidən alovlanmasını istəmir. Beynəlxalq təşkilatlar isə nüfuzlarını itirirlər. Məhz bu baxımdan daha ciddi addımlar atılmalıdır. Xalq diplomatiyası çərçivəsində Ermənistanın hüquq müdafiəçilərinin Azərbaycana gəlməsi Rusiyanın əsas planlarından biridir və burada da müəyyən siyasi oyunlar var. Belə ki, SSRİ-nin varisi kimi Rusiya bu problemin yaranmasında birbaşa iştirakçı olubsa, deməli, məhz problemin həlli də Moskvanın əlindədir”.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında müharibə havası hiss olunmur:

"Lakin dünyada baş verən proseslər və ATƏT həmsədrlərinin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir edir. Bu isə status-kvonun saxlanılmasına gətirib çıxara bilər. Böyük müharibə olmasa da, ermənilər tərəfindən təxribatlar gözləniləndir. İrəvan KTMT-yə böyük ümid bəsləyir. Lakin təşkilat daxilində parçalanma var. Əgər Qarabağ prosesi nəzarətə götürülməzsə, münaqişənin həlli uzadılacaq