Şəfəqə Doğru » Manşet » Vergilər Nazirliyi Əli İnsanovun 17 minlik vergi borcunu sildi - FOTO

Vergilər Nazirliyi Əli İnsanovun 17 minlik vergi borcunu sildi - FOTO

Vergilər Nazirliyi Əli İnsanovun 17 minlik vergi borcunu sildi - FOTO
Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş şəxslərin siyahısını açıqlayıb.

Shafaqadogru.com Qaynarinfo.Az-a istinadən  xəbər verir ki, vergi borcu silinənlər içərisində eks səhiyyə naziri, hazırda məhbus həyatı yaşayan Əli İnsanaov da var. 

Beləki Əli İnsanovun on yeddi min iki yüz qırx yeddi manatan səksən dörd qəpik (17.247.84) vergi borcu silinib.

Qeyd edək ki, vergi borclarının silinməsi ilə bağlı amnistiyadan yararlanmaq üçün maliyyə sanksiyası üzrə borc məbləğini 143490 büdcə təsnifatı kodu üzrə ödəmək xahiş olunur. 

Vergilər Nazirliyinin yaydığı məlumata görə, 2017-ci ilin 1 yanvar tarixinə bəzi hüquqi və fiziki şəxslərin borcları silinib. 
Vergilər Nazirliyi Əli İnsanovun 17 minlik vergi borcunu sildi - FOTO