Şəfəqə Doğru » Manşet » Putin Ərdoğandan intiqamını aldı? - Üç türk əsgərinin ölümü, Moskva və Ankaranın susqunluğu...

Putin Ərdoğandan intiqamını aldı? - Üç türk əsgərinin ölümü, Moskva və Ankaranın susqunluğu...

Putin Ərdoğandan intiqamını aldı? - Üç türk əsgərinin ölümü, Moskva və Ankaranın susqunluğu...

Üzeyir Cəfərov: "Bu təsadüf də, hansısa məkrli niyyət də ola bilər. Amma, nə olursa olsun, bu Rusiyanın bəraətinə haqq qazandıra bilməz və bilməməlidir”

 


"Rusiya təyyarələrinin Türkiyə əsgərlərinin mövqelərini bombardman etməsini Rusiyanın məlum təyyarə insidentinə görə qısası kimi dəyərləndirmək istəməzdim”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Rusiya təyyarəsinin Türkiyə əsgərlərinin mövqeyinin bombardman etməsinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Üç gün öncə Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Suriyanın şimalında Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbə endirib. Hadisə nəticəsində 3 türk əsgəri şəhid olub, 11 əsgər xəsarət alıb. İnsidentdən dərhal sonra Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı telefonla arayaraq təəssüflərini bildirib. Bundan sonra isə Rusiya tərəfi baş verənlərlə bağlı günahı Türkiyə Baş Qərargəhının üzərinə ataraq bildirdi ki, Türkiyə öz əsgərlərinin yerləşdiyi ərazinin koordinatlarını Rusiya tərəfinə bildirməyib. Lakin Rusiya tərəfinin ən yüksək şəkildə səsləndirdiyi bu iddianı Türkiyə Baş Qərargahı təkzib etdi. Qərargahdan verilən açıqlamada bildirilirdi ki, Türkiyə əsgərləri 10 gün müddətində həmin ərazidə məskunlaşıblar və ərazinin bombardman olunmasından bir gün əvvəl koordinatları Rusiya tərəfinə yollayıblar. Bundan sonra isə Rusiya tərəfinin susqunluq nümayiş etdirməsi belə bir şübhələrə yol açdı ki, Rusiya türk əsgərlərinin mövqelərini bilərəkdən bombalayıb və bununla da Putin Rusiya təyyarəsini vurduğuna görə Ərdoğandan intiqam alıb.

Dünən isə "Exo Moskva” radiostansiyasına müsahibə verən müxalifətyönlü məşhur Rusiya politoloqu Stanislav Belkovski Suriyada rus təyyarələrinin Türk əsgərlərinin mövqelərini bombardman etməsini şərh edərkən bildirib ki, bu açıq şəkildə Putinin məlum təyyarə böhranına görə Ərdoğandan aldığı qisasdır.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərova müraciət edib.

Image result for üzeyir cəfərov pia.az

Üzeyir Cəfərov: "Türkiyə bu məsələdə son dərəcə prinsipiallıq etməli və günahsız öldürülən hərbçilərinə görə Rusiyadan həm maddi, həm də mənəvi təzminat tələb etməlidir”.


Rusiya təyyarələrinin Türkiyə əsgərlərinin mövqelərini borbman etməsinin Putinin Ərdoğana qarşı qisası olmasına inanmadığını dilə gətirən hərbi ekspert Üzeyir Cəfərova görə, istənilən halda bu kimi hadisələr Rusiya-Türkiyə münasibətlərinə zərər verə bilər:

"Ötən günlərdə Suriyada Rusiya təyyarələrinin Türkiyə əsgərlərinin mövqelərini bombardman etməsi nəticəsində 3 türk əsgərinin ölməsi və 11 əsgərin də yaralanmasını mən heç də Rusiyanın məlum təyyarə insidentinə görə qısası kimi dəyərləndirmək istəməzdim. Bu təsadüf də,  hansısa məkrli niyyət də ola bilər. Amma, nə olursa olsun, bu Rusiyanın bəraətinə haqq qazandıra bilməz və bilməməlidir. Dünəndən başlayaraq, artıq Rusiya tərəfi iddia edir ki, guya Türkiyə əsgərlərinin mövqeyinin bombardman edilməsi Türkiyə Baş Qərargahının səhvi ucbatından baş verib. Axı bunlar srağagün həm prezident Putin tərəfindən, həm də Baş Qərargah rəisi general Gerasimov  səviyyəsində öz rus pilotlarının səhvi haqqında üzrhaxlıq edib ölənlərin ailələrinə başsağlığı verirdilər. Nə oldu ki, birdən-birə ruslar "valı dəyişib" indi Türkiyənin üzünü günahlandırmağa başlayıb? 


Üzeyir Cəfərov: "Baş vermiş faciəli hadisənin birgə araşdırılması üçün komissiyanın yaradalmayacağı ilə bağlı səslənən fikirlər Türkiyə hakimiyyətinin öz vətən müdafiəçilərinin günahsız ölümünə hörmətsizlik nümayişidir”.


Hesab edirəm ki, Türkiyə bu məsələdə son dərəcə prinsipiallıq etməli və günahsız öldürülən hərbçilərinə görə Rusiyadan həm maddi, həm də mənəvi təzminat tələb etməlidir. Tez-tələsik baş vermiş faciəli hadisənin birgə araşdırılması üçün komissiyanın yaradalmayacağı ilə bağlı səslənən fikirlər də kökündən yanlış və daha çox Türkiyə hakimiyyətinin öz vətən müdafiəçilərinin günahsız ölümünə hörmətsizlik nümayişidir. Belə çıxır ki, sabah kim nə istəsə onu edə bilər və adını da qoyacaqlar ki səhv, nə bilim məsuliyyətsizlik? Xeyr. Bu belə olmamalıdır və beynəlxalq qaydalar da buna ziddir.

Mən şəxsən təklif edərdim ki, bu hadisə hərtərəfli araşdırılmalı və kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətdən yayınmamalıdır. Onu da başa düşürəm ki, iki dövlət arasında təzə-təzə münasibətlər istiləşir və belə bir həssas məqamda bu cür ağır nəticələrə - insan itkisinə və çoxsaylı yaralananması faktı vəziyyəti korlaya bilər. Türkiyə özünə və vətəndaşına, xüsusən də hərbçisinə hörmət qoymalı, onun haqqına sahib çıxmalıdır”.
Gülşən ŞƏRİF