Şəfəqə Doğru » Manşet » PREZİDENTİN SƏRƏNCAMINA DƏSTƏK OLARAQ İŞ ADAMI COCUQ MƏRCANLIYA ÜÇ MİLYON AYIRDI

PREZİDENTİN SƏRƏNCAMINA DƏSTƏK OLARAQ İŞ ADAMI COCUQ MƏRCANLIYA ÜÇ MİLYON AYIRDI

PREZİDENTİN SƏRƏNCAMINA DƏSTƏK OLARAQ İŞ ADAMI COCUQ MƏRCANLIYA ÜÇ MİLYON AYIRDI

Tanınmış azərbaycanlı iş adamı, "Dünya Azərbaycanlıları İttifaqı”nın rəhbəri Füzuli Məmmədov (Frenk Elkapone) Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib.
O, dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirməyə çağırıb:

"Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökümətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.