Şəfəqə Doğru » Manşet » Hafiz Hacıyev hansı nazirlərin axırına çıxıb?

Hafiz Hacıyev hansı nazirlərin axırına çıxıb?

Hafiz Hacıyev hansı nazirlərin axırına çıxıb?

Müasir Müsavat Partiyasının sıraları genişlənir

 


Bir siyasi orduya çevrilən MMP-yə bu ilin əvvəlində üzv olanların sayı daha da artıb. MMP sədri Hafiz Hacıyevin ardıcıl, sistemli və prinsipial mövqeyi partiya mənsubiyyəti olmayanların diqqətini çəkməkdədir.

Politika.Az-a verilən xəbərə görə, Müasir Müsavat Partiyasına qoşulanların arasında tanınmış sənətçilər, ziyalılar, elm adamları, ictimai xadimlər və fəallar görmək olar. 

Son aylarda partiyanın hökumətin siyasətini sərt tənqid etməsi, MMP sədri H.Hacıyevin məmurların korrupsioner fəaliyyətini açıq şəkildə bəyan etməsi, nazirlərin və məmurların adlarını çəkməsi, islahatlara düşmən kəsilən bəzi qüvvələri ifşa etməsi onun siyasi lider kimi nüfuzunu artırıb. 

Bəzi müxalif partiya sədrlərinin virtualda fəaliyyətindən fərqli olaraq H.Hacıyev sosial şəbəkələrdə mübarizə aparmır. 

MMP-nin siyasi mövqeyi və kursu Feysbukda aktivlik göstərmək, status yazmaq və layk toplamaq üzərində qurulmayıb. 

Partiya rəhbərliyinin konkret tələbi və üzvləri qarşısında təlimatı bundan ibarətdir: təşkilatlanmanı gücləndirmək, partiya sıralarını genişləndirmək, iqtidara gələcək və parlamentdə təmsil olunacaq bir qüvvəyə çevrilmək, xalqın problemlərinə sosial şəbəkədən yox, yaxından yanaşmaq, özbaşınalıqları açıq şəkildə dilə gətirmək, hakimiyyətdə xalqa divan tutan məmurları açıq göstərmək. Bu baxımdan H.Hacıyevin siyasəti başqalarından seçilir, MMP-yə qoşulanlar çoxalır

Verilən məlumata görə, H.Hacıyevin tənqid etdiyi nazirlərin əksəriyyəti gec-tez vəzifəsini itirir. Onun zaman-zaman korrupsiya fəaliyyətini ifşa etdiyi və istefasını tələb etdiyi nazirlər bu gün vəzifədən kənarlaşdırılıb. 

Misal olaraq keçmiş iqtisadi inkişaf nazirləri - Fərhad Əliyev və Heydər Babayev, keçmiş sosial müdafiə naziri Füzuli Ələkbərov, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov, sabiq nəqliyyat naziri Ziya Məmmədov, eks təhsil naziri Misir Mərdanov məhz MMP sədrinin tənqid hədəfində olublar. 

Onun istefasını tələb etdiyi həmin nazirlərin işdən azad olunması cəmiyyətdə H.Hacıyevə böyük bir inam, rəğbət yaradıb. 

Bu mənada partiya sıralarına qoşulanların ordusu böyüyür. Bu gün də H.Hacıyev nazirləri tənqid edir, islahatların yolunu göstərir, problemləri açıq şəkildə söyləyir, bəzi partiya liderlərindən fərqli olaraq, gücünü sosial şəbəkələrdə yox, mətbuatda göstərir. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ən çox təhdid edilən və iqtidardakı bəzi qüvvələrin hədəfində olan siyasətçidir

H.Hacıyev aktiv fəaliyyəti, açıq şəkildə çıxışları, adlar çəkərək hədəfləri vurması hakimiyyətdəki qüvvələri narahat edir. 

MMP sədrinin radikal fikirləri, nazir və məmurları ölkəni uçuruma apardığını söyləməsi, prezident İlham Əliyevə açıq çağırış edərək komandasındakı yırtıcı şəxsləri uzaqlaşdırması təklifi müəyyən dairələri narahat etməkdədir. 

Üstəgəl, onun rəhbərlik etdiyi partiyaya insanların axın etməsi, partiya sıralarına qoşulması, iqtidara sərt sözləri, MMP-nin daha güclü görünməsi hakimiyyətdəki ayrı-ayrı adamları həyəcanlandırır.