Şəfəqə Doğru » Manşet » Aİ Şurası Gürcüstan ilə vizasız rejimi təsdiqlədi

Aİ Şurası Gürcüstan ilə vizasız rejimi təsdiqlədi

Aİ Şurası Gürcüstan ilə vizasız rejimi təsdiqlədi

Aİ Şurası Gürcüstan vətəndaşları üçün vizasız rejimi qanuniləşdirilməsinə dair müddəanı təsdiq edib. 

Shafaqadogru.com  "İnterfaks”a istinadən xəbər verir ki, kommünikedə Aİ Şurası və Avropa Parlamentinin hazırda qəbul edilən qaydaları imzalamalı olduğu dəqiqləşdirilir. Mətn Aİ-nin "Rəsmi jurnalında” dərc ediləcək və 20 gün sonra vizasız rejimin yeni mexanizmi ilə qüvvəyə minəcək.  

Gürcüstan vətəndaşları biometrik pasportlar ilə Aİ ölkələrinə  90 günlük işgüzar, turistik və ya ailəvi səfərlər üçün viza almayacaqlar. 

Sənəddə qeyd edilir ki, bu qaydalar İrlandiya və Birləşmiş Krallığa şamil edilməyəcək. 
Analoji qərar 28 fevralda Ukrayna üçün də qəbul edilməlidir.