Qazaxlı iş adamı, hazırda Avropada mühacirətdə olan Elşad Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib. O, Hacı İbrahim Nehrəmlinin Hacılıqdan məhrum edilməsini istəyib.
Bunla bağlı Mediaxeberleri.az-a açıqlama verən Elşad Məmmədov buna səbəb kimi İbrahim Nehrəmli ilə bağlı yayımlanan video kadrları göstərir:
Xatırladaq ki, buna qədər, İbrahim Nehrəmli özü də spritli içki içməsini etiraf etmişdi. E.Məmmədov həmin məqama da toxunub: "Müqəddəs torpaqları ziyarət etmiş bir şəxsin nümayişkaranə şəkildə ekranlara çıxaraq "hər səhər konyak içirəm” deməsi nə dərəcədə düzgündür? Mən QMİ sədri Hacı Allahşükür Paşazadəyə müraciət edirəm, Hacı konyak içə bilərmi? Bununla bağlı da açıqlama versinlər. Avropa Oyunları ilə bağlı məlumat yayaraq bildirirlər ki, idmançılar oruc tutmaya bilər, indi bu məsələ ilə bağlı da fətvalarını versinlər. Həccə gedən konyak içə bilərmi?”
Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin yayımlanan video müsahibəsində 4.40 dəqiqədə konyak içməsini etiraf edir.
Shafaqadogru.com olaraq həmin kadrları da diqqətinizə çatdırırıq: