"Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin fəal iştirakçısıdır. ATƏT-in Minsk qrupunun başqa həmsədrləri - ABŞ və Fransa ilə birlikdə tərəflərin münaqişəni aradan qaldırmasına yardım edirik”.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Rusiya XİN-in başçısı Sergey LavrovRusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin 25-ci ildönümünə həsr edilən məqaləsində bildirib.
Rusiya XİN rəhbəri xatırladıb ki, bu məsələnin həllinə yayda Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda keçirilən üçtərəfli sammit həsr edilmişdi.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu Putinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin ikitərəfli, eləcə də xarici işlər nazirlərinin çoxsaylı görüşlərində müzakirə edilir. Bir neçə mürəkkəb məsələ qalsa da, çoxuna dair razılıq əldə edilib. Ancaq heç şübhəsiz, nəticə ilk növbədə tərəflərin siyasi iradəsindən, bu istiqamətdə səylərindən və güzəştlər etməyə hazırlığından asılıdır”, - Lavrov bəyan edib.
O, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin qorunmasını başlıca vəzifələrdən olduğunu xatırladıb.