Şəfəqə Doğru » Manşet » Xərçəng xəstəliyini yaradan əsas səbəb: POLİPLƏR

Xərçəng xəstəliyini yaradan əsas səbəb: POLİPLƏR

Xərçəng xəstəliyini yaradan əsas səbəb: POLİPLƏR

"Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. İndiyə qədər dəqiq yaranma səbəbi tibbə məlum olmasa da, müəyyən ehtimallar irəli sürülür”.

Bu sözləri ölkə mətbuatına danışan Fransada təhsil almış və çalışmış uzman, Dr. Araz Bayramov söyləyib.

Onun sözlərinə görə, xərçəng xəstəliyi ilkin dövrlərdə heç bir əlamətlə özünü büruzə vermir:

"Xəstələr bir çox hallarda gecikmiş mərhələdə bundan xəbər tuturlar. Heç şübhəsiz bu amil xəstənin sağalmaq şansını xeyli azaldır. Şiş törəməsi müəyyən ölçü və lokalizasiyaya malik olub, qonşu orqanlara yayılmağa başlayır. Unutmaq lazım deyil ki, xərçəng çox hiyləgər xəstəlikdir və bəzi hallarda tamamilə sağlam, heç bir şikayəti olmayan insanları öz "qurbanı”na çevirir”.

"Xərçəng xəstəliyinin 200-dən artıq növü var” deyən Dr. Araz Bayramov bildirdi ki, son illər daha çox prostat, yoğun bağırsaq, döş vəzisi, sidik kisəsi, ağciyər xərçəngi daha çox yayılıb:

"Ətrafımızda elə bir insan yoxdur ki, ən azı bir yaxın adamını bu hiyləgər xəstəlik səbəbindən itirməsin. Sovetlər dönəmində çox nadir təsadüf olunan bu "epidemiya” sürətlə yayılır və doğmalarımızı bizdən alır. Əgər biz xərçəng xəstəliyinin qurbanı olmaq istəmiriksə, heç olmasa ildə bir dəfə ümumi müayinədən keçməliyik. İrsi faktoru olanlar, ailəsində bu xəstəlik tarixçəsi olanlar isə xüsusilə diqqətli olmalıdırlar”.

"Bədxassəli şişlər xoşxassəli şişlərin davamı olaraq yaranır” söyləyən Dr. Araz Bayramov qeyd edir ki, polipi aşkar olunan xəstələr risk qrupuna aiddir:

"Polip xoşxassəli bir törəmədir. Müxtəlif orqanlarda rast gəlinən bu xəstəlik heç bir əlamətlə özünü büruzə vermir. Əksər hallarda təsadüfi müayinə nəticəsində meydana çıxır. Zaman-zaman isə bədxassəli şişə çevrilir”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Həmin xəstəxanada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarını icra edib. 

Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü və Azərbaycan Avropa Tibb Assosiasiyasının sədridir.

Böyrək xəstəlikləri (böyrək daşları və şişləri), prostat xəstəlikləri (prostat adenoması və şişləri), kişi sonsuzluğu, cinsi zəiflik və digər uroloji-androloji problemləri Avropa protokollarına uyğun olaraq müayinə və müalicə edir, onları heç bir kəsik olmadan ən qısa müddətə aradan qaldırır.

Əlaqə telefonu: (055) 255-55-45