Şəfəqə Doğru » Manşet » Azərbaycanlı həkim xərçəngi məhv edən bitkinin adını açıqladı

Azərbaycanlı həkim xərçəngi məhv edən bitkinin adını açıqladı

Azərbaycanlı həkim xərçəngi məhv edən bitkinin adını açıqladı
Bu yaxınlarda Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri bildirdilər ki, nəhayət bədxassəli xərçəng hüceyrələrini məhv edə bilmişlər.

Bu barədə CNNBaku.az-a tanınmış fito-terapevt Elnur Rəhimov məlumat verib. Bildirib ki, mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapmışlar. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki bildirmişdir ki, birillik yovşan sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə – episentrinə düşərək onları məhv edir. Həmin universitetin digər bir mütəxəssisi Henri Lay qeyd etmişdir ki, bu zaman bitkinin təsir effekti "Troya atı” kimi hərtərəfli işləyir. Tədqiqat nəticəsində o da aydın olmuşdur ki, birillik yovşan və dəmir birlikdə xərçəng hüceyrələrinə qarşı xüsusi toksikilik göstərir. Bu da xərçəng hüceyrələrinin dəmirə qarşı xüsusi hərislik göstərməsi ilə bağlıdır.

Onu da qeyd edək ki, 1972-ci ildə Çin farmakoloqu Tu Yuyu seskviterpen laktonu olan artemizinin əldə etmişdir. Lakin 2015-ci ildə məhz bu alim artemizinini malariya xəstəliyinin müalicəsində tətbiq edilən dərman preparatının əsas tərkib hissəsinə daxil edib yüksək effektivlik əldə etdiyinə görə tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür.

Lakin bu kəşfə baxmayaraq hələ də alimlər müalicənin tam təsdiq edilməsi sahəsində araşdırmalar aparır, gələcəkdə bu maddə əsasında dərman hazırlayıb kütləvi xərçəng xəstələrinin müalicəsində tətbiq etməyi düşünürlər.