Şəfəqə Doğru » Manşet » 45 yaşlı kişi özünü qaz borusundan asdı

45 yaşlı kişi özünü qaz borusundan asdı

45 yaşlı kişi özünü qaz borusundan asdı

Sulutəpə qəsəbəsində intihar hadisəsi baş verib

 


Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Əliyev Müşfiq Cənnət oğlu özünü yaşadığı evin həyətindəki qaz borusundan asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.