Şəfəqə Doğru » Manşet » STROLOJİ PROQNOZ – 04 APREL

STROLOJİ PROQNOZ – 04 APREL

STROLOJİ PROQNOZ – 04 APREL

Qoç - Qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirin. Bu gün həssas və kövrək olacaqsınız. Ani qərarlar qəbul etməyin.

 

Buğa - Başqalarının fikrinə önəm vermirsiniz. Bu daha rahat və stressiz həyat tərzi keçirməyinizi asanlaşdırır. Lakin məsləhətləri qulaq ardına vurmayın. Dostlarınız sizin yaxşılığınızı istəyir.

 

Əkizlər - Gün gərgin keçəcək. Yaradıcılığınız pik nöqtədə olacaq. Gün boyu sizi sakitləşdirəcək musiqilər dinləyin.

 

Xərçəng - Səhər saatlarında kiçik qəza keçirə bilərsiniz. Evdə diqqətli olun. Ailənizlə bağlı sizi uzun müddətdir ki, narahat edən problem yenidən gündəmə gələcək.

 

Şir - Bu gün danışdıqlarınıza da, yazışmalarınıza da diqqət edin. Gələcəkdə əleyhinizə istifadə edilə biləcək sözlər sərf etməyin. Siqaret və qəhvədən az istifadə edin. Əks halda baş ağrısından əziyyət çəkəcəksiniz.

 

Qız - Maddi baxımdan sizi çətinə salacaq hadisələr baş verəcək. Sakitliyinizi qoruyun. Dava-dalaşa qarışmayın.

 

Tərəzi - Həyatınızda yeniliklər baş verəcək. Çoxdan görmədiyiniz bir qohumunuzla təsadüfən qarşılaşacaqsınız. Axşam saatlarını partnyorunuzla keçirəcəksiniz.

 

Əqrəb - Yaxın dostlarınızla aranız dəyəcək. Uzun müddətdir ki, sirr kimi saxladığınız bir məlumat başınıza dərd olacaq.

 

Oxatan - Gün boyu özünüzü gərgin hiss edəcəksiniz. Gələcəklə bağlı qurduğunuz planları alt-üst edən hadisələrlə üzləşəcəksiniz. Pul mövzusunda diqqətli olun.

 

 Oğlaq - İş həyatınızla bağlı yeniliklər gözlənilir. Bu gün hər istədiyinizi əldə edəcəksiniz. Atdığınız hər addım uğurla nəticələnəcək.

 

Dolça - Ailəniz və yaxın dostlarınızın təzyiqi fikrinizə təsir etməyəcək. Qəti addımlar atacaqsınız. Azadlığınıza düşkünlüyünüz sizi yeni qərarlar verməyə vadar edəcək.

 

Balıq - Səhər saatlarında əsəbiləşəcəksiniz. Ancaq günün qalan hissəsi problemsiz keçəcək.