Şəfəqə Doğru » Manşet » “Sahibkarlar bu fərmandan yararlana bilərlər”

“Sahibkarlar bu fərmandan yararlana bilərlər”

“Sahibkarlar bu fərmandan yararlana bilərlər”
"Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Pərakəndə ticarət və ictimai iaşə sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası sahibkarların vergi münasibətlərində mənafelərinin müdafiəsi baxımından olduqca müsbət hadisədir”.
Shafaqadogru.com ovqat.com-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Elçin Quranov əməkdaşımızla bildirib.
Onun fikrincə, fərmanla müəyyən edilmiış qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi ilə yanaşı sahibkarların ölkədə iqtisadi fəaliyyətinə aid bütün əməliyyatlarınin əks olunduğu uçotun qurulmasına dair bütün imkanları əhatə edir: "Fərmanın müddəalarında ümumilikdə aktivlərin və öhdəliklərin habelə bununla bağlı müvafiq hərəkətlərdən doğan, gəlir və xərclərin uçotuna aid malların alışı, təhvil verilməsi, təsərrüfatdaxili yerdəyişməsi, silinməsi, təqdim edilməsi, malların qaytarılması, istehlaka yararsız halının sənədləşdirilməsi, inventarizasiya zərurəti, əmtəə-material ehtiyyatlarının uçotunun aparılması, o cümlədən uçot sənədlərinin tərtib edilməsi, saxlanması və digər hərəkətlərlə bağlı zəruri sadə və daha bəsit və birbaşa qaydalar təsbit edilmişdir. Bütün bunlarla yanaşı fərman kənd təsəttüfatı yerli istehsal məhsullarının da ticarət dövriyyəsində sadələşdirilmiş uçotunun aparılması üçün mühüm imkanlar yaradır. Odur ki, hər kəs üçün olduqca aydın və anlaşılan məzmunda qəbul edilmiş normativ hüquqi sənəddən sahibkarlar lazımınca yararlana bilərlər. Hesab edirəm ki, bu hadisə iqtisadi islahatların ən uğurlu və təqdir olunan hissəsidir. Çünki bütün hallarda bu sənəd mahiyyətcə iqtisadiyyata bürokratik əngəllərin və əsassız müdaxilənin aradan qaldırılması üçün mühüm əhəmiyyət daşıyır. Bu da korrupsiya ilə mübarizə sahəsində atılmış dolayı addımlardan biridir”.