Rayon şöbəsinin Daş Salahlı kənd bölməsinin əməkdaşları DYP-nin vəzifələrini icra edir.
Dünən redaksiyamıza Daş Salahlı kənd sakini Cəfərov Rəman Qara oğlu tərəfindən ərizə daxil olub.
Ərizədə bildirilir ki,Rəman yaxın zamanlarda aldığı 60 BS 9873 dövlət nişanlı vaz- 2107 markalı minik aftomabili ilə heç bir qanunu pozmadan kəndin arası ilə hərəkət edərkən,Daş Salahlı kənd polis bölməsinin sahə müvvəkili Rəşad Nəbiyev onu saxladaraq,arxasınca polis bölməsinə getməsini ona əmr edib.Rəman ehtiyatla ora gətirilməsinin səbəbini soruşduqda isə sənin maşınının arxa şüşəsində pərdə var və rəis onu görüb deyə, onu özü ilə Daş Salahlı kənd polis bölməsinin rəisi İlham Xamoyevin kabinetinə salıb. Və olayı İlham Xamoyevə məruzə etdikdən sonra ,İ.Xamoyev apar özün məşğul ol deyə ,sahə müvvəkilinə işarə edib. R. Nəbiyev həmin bölmədə əmməliyat müvvəkili Amil Qurbanovla birlikdə bunun 160 manat cəriməsi var, sənsə əlli manat ver səni buraxaq deyə, məndən tələb etdilər.Nə qədər yalvarsamda ,axırda məcburən otuz manat əmim oğlu Turala xahiş etdim, gətirdi və otuz manat verdik .Əvəzində məni sərbəst buraxdılar deyə Rəman bildirir.Mən ordan ayrıldıqdan sonra öyrəndimki,onların maşında pərdə olmasına görə məndən otuz manat cərimə almağa heç bir hüququ yox imiş.Və anladım ki,ona görədə A.Qurbanov və R.Nəbiyev niyə dönə -dönə mənə tapşıırırlar ki,bu haqda heç yerdə heç kimə , heç nə demə deyə, Rəman bildirir.Hörmətli oxucu . Onu bildirmək istəyirəm ki bu gözdən Iraq, könüldən uzaq Daş Salahlı polis bölməsində birinci belə hadisə deyil.Adı çəkilən bölmədə yetərincə belə qanun pozuntularına rast gəlinir.Şikayətçilərin ərizəsinə əks tərəfdən pul alınaraq, işi uzadıb və baxmırlar.Heç bir günahı olmayan adamları şərləyərək ,pul alırlar.Bir cinayətkar barədə ihbar olunduqda cinayətgardan pulu alıb, ihbarçının adını cinayətkara verirlər. Belə hallar barədə sonra ətraflı yazacağıq.Yaxud aidiyyatı qurumlara da mürciətimizdə ətraflı bu hallar barədə bildirəcəyik.
Düşünür ki,aidiyyatı qurumlar yazdıqlarımızı nəzərə alıb, Qazax rayon Daş Salahlı kənd bölməsinin rəisi də başda olmaqla, sahə və əməliyyat müvvəkillərinin fəaliyyətini də yoxluyacaqlar və lazimi tədbir görəcəklər.
Qarşı tərəfi də dinləyib fikirlərini dərc etməyə hazırıq.
Neymət Novruzlu.