Bərdənin bir qrup ziyalısı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edib
Müraciətdə Bərdənin Dövlət Sosial Müdafiə Fonunda baş verənlər ifşa edilib.
Bərdə ziyalıları dosye.org vasitəsi ilə S.Müslümovun nəzərinə çatdırıb ki, DSMF-nin yerli şöbəsində heyrətamiz hadisələr yaşanır.
"Cənab Prezident, sizin apardığınız uğurlu xarici və daxili siyasəti həmişə dəstəkləmişik.
Həmişə xalqımızla təmasda olub bütün çətinliklərin aradan qaldırılması uğrunda apardığınız mübarizə ölkəmizdəki bütün dövlət məmurlarına bir nümunə olub.
Sizin korrupsiya, insan haqları, süründürməçilik, vəzifədən sui-istifadə hallarına qarşı kəskin çıxışlarınınız hər bir Azərbaycan vətəndaşının yaddaşında silinməz bir qürur mənbəyidir.
Biz hörmətli nazirimiz Səlim Müslümovu sizin apardığınız uğurlu siyasətinizə dəstək verən məmur kimi razılıq hissi ilə qarşılamışıq.
Nazirimizin fəaliyyəti nəticəsində vətəndaşlara verilən pensiya və sosial yardım şöbəsində süründürməçiliyin və korrupsiyanın qarşısının alınması üçün gördüyü tədbirləri yüksək qiymətləndiririk”,-deyə müraciətdə vurğulanıb.
Bərdə DSMF-da baş verən korrupsiya, vəzifədən sui istifadə, özbaşınalıq heç bir dövlət qürumunda yoxdur:
Məktubda deyilir ki, Bərdə rayon Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Raqub Məmtiyev səriştəsiz, əməlində cinayət şübhəsi olanları işə qəbul edir.
Bu da Raqub Məmtiyevin prezident İlham Əliyev kursuna və nazir Səlim Müslümovun fəaliyyətinə sadiq olmadığını göstərir.
Misal olaraq, Raqub Məmtiyevin işə qəbul etdiyi pensiya şöbəsinin məsləhətçisi Həbibov Pərviz Əsgər oğlunun əməllərindən ya xəbərizdir, ya qəsdən edir.
Onun əvvələr işlədiyi hərbi hissədəki cinayətlərdən ya xəbəri yoxdur, ya da özünə sərf edən çirkin fəaliyyətini həyata keçirmək üçun havadar təyin etməkdən başqa bir şey deyil.
Çünki Həbibov Pərviz Əsgər oğlu Tərtər hərbi məhkəməsinin 16.11.2016-cı il tarixli hökmünə əsasən 179.2.1 179.2.3 179.2.4 maddələri ilə təqsirli bilinərək cinayət işi açılıb”.
Bərdə DSMF-nin məsləhətçi vəzifəsində işləyən məmuru vaxtilə dövlət əmlakını talan etməkdə təqsirəndirilib:
"Bu gün dövlət əmlakını talan edən, Qarabağımız uğrunda ölüm-dirim savaşında olan əsgərlərin qidasına göz dikərək əsgərlərimizin haqqını yeyən bir adamı yenidən əhaliyə pensiya verilən bir şöbədə məsləhətçi təyin edilir.
Bu, Raqub Məmtiyevin fəaliyyətinin hansı istiqamətdə olduğunu göstərir və biz Bərdə rayon ziyalılarını narahat etməyə bilməz. Raqub Məmtiyevin seçdiyi kadr biz bərdəlilərə haqsızlıqdan başqa bir şey deyil.
Onun bu cür talançını pensiya fondunda məsləhətçi təyin etməsinini hörmətli nazirimiz Səlim Müslümovun xəbəri olmadığına əminik. Bunun üçün də hüquqi qiymət verilməsini xahiş edirik”.