Müxalif partiya sədrindən maraqlı açıqlamalar; "Korrupsiyanın kökü ona görə birdəfəlik kəsilmir ki…”
Mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov sözügedən nazirlikdə nazirin birinci müavini işləmiş İltimas Məmmədova (Hazırda Nəqiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavinidir. red.) qarşı ifadə verib.
V.Zeynalov vəzifədə işlədiyi dövrdə nazirliyin rəhbərliyinin göstərişini yerinə yetirdiyini söyləyib: "Mən ictimaiyyətdə cinayətkar kimi göstərildim. Buna görə də ifadə vermək istəyirəm. Deyəcəklərim çoxdur. Amma özümü yormaq istəmirəm. Qoy səbəbkar vicdan əzabı çəksin. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanada olan digər şəxslər də bu günü gözləyir. Sabiq nazir müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, keçmiş nazir Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Əli Abbasovun yerinə keçmək istəyən İltimas Məmmədov niyə həbs edilməyib? Ən azından o, məhkəmədə gəlib şahid qismində ifadə verməli idi. Çünki pulların çoxu ona çatmışdı”.
Qeyd edək ki, "rabitə çetesi”nin məhkəməsi başlanandan İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən dəfələrlə ağır ifadələr verilib. Ötən ilin noyabrında keçirilən məhkəmə prosesi zamanı "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi. İltimas Məmmədov isə istintaqa ifadəsində ayda nazirdən 30 min manat "paket” aldığını etiraf etmişdi. İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə "paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər "paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini "həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” demişdi.
Bəs İltimas Məmmədov kimdir, bu qədər ağır ittihamlar və etiraflara rəğmən, onun hələ də nazir müavini postunda qalmasının kökündə nə dayanır?
İltimas Əhməd oğlu Məmmədov hazırda da rabitə nazirinin müavinidir. O, 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib.
<iframe id="id_1494047414799834" name="a7404327781494047414799834" width="300" height="150" frameborder="0" scrolling="no" data-block="a1494047414799834" data-mce-fragment="1" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; outline: 0px; font-size: 14.4px; vertical-align: baseline; background: transparent;"></iframe>
Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.
2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən Rabitə və İnformasiya Texnologiyaları nazirinin birinci müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. 2016-cı ilin noyabrın 25-də isə nazirin birinci müavini vəzifəsindən azad edilib nazirin müavini təyin edilib.
ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, normal cəmiyyətlərdə məhkəmədə verilən o ifadələrin biri kifayət edir ki, həmin adam və keçmiş nazir həbs olunsun:"Məhkəmədə verilən ifadələr, İltimas Məmmədovun özünün paket şəklində ayda 30 min manat aldığını etiraf etməsi onun haqqında cinayət işi açılması və məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslardır. Buna baxmayaraq hələ də İltimas Məmmədov məsuliyyətə cəlb olunmayıb və nazir müavini postundadır. Bu, onu sübut edir ki, əslində o məhkəməsi gedən keçmiş məmurlar korrupsiya cinayətlərinə görə yox, başqa siyasi yönlü xəyanət xarakterli əməllərinə görə həbs ediliblər. Çünki məntiq və qanun onu deyir ki, əgər bu adamlar korrupsiya əməllərinə yol verdikləri üçün həbs ediliblərsə, onlara rəhbərlik etmiş nazir və nazir müavinləri də həbs edilməliydilər. Nəzərə alsaq ki, nazir müavininə qarşı keçmiş iş yoldaşları tərəfindən məlum ifadələr verilib, həmin şəxs mütləq cinayət məsuliyyətinə cəlb olunmalı idi. Korrupsiya ittihamı həbs edilən rabitə çetesinin siyasi sədaqətsizliyinə görə onlara irəli sürülən ittihamdır. Görünür İltimas Məmmədov siyasi sədaqətsizliyə yol vermədiyi üçün onu nəinki həbs etmirlər, hətta nazir müavini postunda qalır. Normal cəmiyyətlərdə məhkəmədə verilən o ifadələrin biri kifayət edir ki, həmin adam və keçmiş nazir həbs olunsun”.
Partiya sədri qeyd etdi ki, həbs olunanlar və işdən çıxarılanlar şübhəsiz ki, korrupsiyaya bulaşmışdılar. Lakin əslində onlar müəyyən hakimiyyət məsələlərinə müdaxilə etdikləri, siyasi yönlü gizli fəaliyyətdə olduqları üçün həbs olunublar:"Fərhad Əliyev də, Əli İnsanov da, Heydər Babayev də, Əli Abbasov da, Ziya Məmmədov da bunun qurbanı olublar. Korrupsiyaya görə olsaydı, onda gərək məmurların ən azı 90 faizi işdən çıxarılmalı və həbs olunmalı idi. Ona görə də korrupsiyanın kökü birdəfəlik kəsilmir”.