Şəfəqə Doğru » Manşet » Moskvanın İrəvan qərarı Bakıya qarşıdır? – Millət vəkili

Moskvanın İrəvan qərarı Bakıya qarşıdır? – Millət vəkili

Moskvanın İrəvan qərarı Bakıya qarşıdır? – Millət vəkili
Rusiya Gümrüdəki 102-ci bazasını çoxdan gücləndirir.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistandakı rus bazasının genişlənməsi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinə münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat Moskvanın bu addımının yeni bir qərar olmadığını qeyd edib:

"Rusiya Gümrüdəki 102-ci bazasını çoxdan gücləndirir. Əslində, Moskvanın Cənubi Qafqazda Osetiya, Abxaziya, Ermənistandan savayı başqa nöqtəsi yoxdur. Ona görə də Rusiya təyyarələri, helikopterləri son zamanlar məhz Ermənistandakı bazasına göndərir. Bu, Rusiya tərəfindən mütəmadi olaraq həyata keçirilən bir tədbirdir”.

Politoloq məsələnin Türkiyə tərəfinə də toxunub və bu fonda Rusiyanın Türkiyə ilə birmənalı münasibətinin olmamasına diqqət çəkib:

"Üstəlik, Rusiyanın Yaxın Şərqə, yəni Suriyaya ən yaxın nöqtəsi də elə Ermənistandır. Düşünmürəm ki, Rusiya bu addımı Azərbaycana qarşı atıb. Çünki bizim 500 kilometrlik quru sərhədimiz var”.

Qeyd edək ki, Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinin regionda gərginlik yaratdığı barədə narahatlıq var.